İran Mərkəzi Bankı: Sanksiyalara qarşı hazırlaşmışıq | Banco.az

İran Mərkəzi Bankı: Sanksiyalara qarşı hazırlaşmışıq

İran Mərkəz Bankının sədri Abdunnasır Hümməti, ABŞ-ın elan etdiyi sanksiyalara hazırlıqlı olduqlarını bildirib.

ABŞ-ın sanksiya siyahısında yer alan İran Mərkəzi Bankı yazılı açıqlama yayıb.

Açıqlamada sədr Abdunnasır Hümmət, sanksiyalar qüvvəyə minməmişdən əvvəl ticarət aparılan ölkələrlə lazımi danışıqların aparıldığını və əməliyyatlarla bağlı koordinasiya təmin olunduğunu bildirərək, "Mərkəzi Bank swift əməliyyatlarının fasiləyə məruz qalması ehtimalını nəzərə alaraq alternativ bank kanalları bağlı işlərə başlayıb",- deyib.

Ən sərfəli kredit üçün müraciət et

Hümməti, ölkənin valyuta ehtiyatının da hazırda arzu edilən səviyyədə olduğunu qeyd edib.

Açıqlanan sanksiyaların Mərkəz Bankı tərəfindən əvvəlcədən proqnozlaşdırıldığını və lazım olan bütün tədbirlərin görüldüyünü bildirən Hümməti, "Bu sanksiyalara və daha çoxuna da hazırlıqlıyıq", -ifadəsini istifadə edib.

Marja.az