Dünyaca məşhur markaların loqoları haqda BİLMƏDİKLƏRİNİZ | Banco.az

Dünyaca məşhur markaların loqoları haqda BİLMƏDİKLƏRİNİZ

Markaların adı qədər loqolarının daşıdığı məna da vacibdir. Belə olan halda şirkətlər bu mövzuda xüsusi həssaslıq nümayiş etdirirlər. Bu yazıda dünya markası sayılan şirkətlərin loqoları haqda məlumat verəcəyik.

Adidas. İdman sektorunda xüsusi rol oynayan Adidas brendinin loqosu sadə olsa da məna etibarilə idman sferasını özündə əks etdirir. Üç fərqli xəttin üçbucaq şəkildə aşağıdan yuxarı çəkilmiş rəsmi əslində məna etibarilə dağları, daha doğrusu zirvələri əks etdirir. Markanın qurucusu Adi Dassler bu loqonu dizayn edərkən idmançıları motivasiya edərək hədəflərinə çatmaları üçün zirvələri fəth etməyin vacibliyini vurğulamağa çalışmışdır.

Daha sonra bir qədər də təkminləşdirilən loqoda üç yarpaq və onun içində əksini tapan üç xətt nəzərə çarpır. Burda üç yarpaq forması Adidas markasının günü-gündən daha çox insanın rəğbətini qazandığını simvolizə etmək üçün seçilmişdi. Həqiqətən də marka bu loqo formasını istifadəyə verdikdən sonra satışları daha da artmışdı.

Adidas-ın rəqibi olan Nike haqda danışmamaq yəqin ki, haqsızlıq olar. Banco.az bu iki markanın maraqlı tarixi haqda daha əvvəl məlumat vermişdi. Nike şirkəti dedikdə, çox sadə bir loqo göz önündə canlanır. Nike şirkətinin ‘The Swoosh’ adlı loqosu sürəti xarakterizə edir.

Ən sərfəli kredit üçün müraciət et

Polo markasını simvolizə edən at üzərində polo oynayan kişi fiquru klassik bir modeli əks etdirsə də hər zaman diqqət cəlb etməyə nail ola bilib. Markanın əsası 1967-ci ildə qoyulsa da loqonun tarixi 1974-cü ilə dayanır. Markanın loqosunda polo oyununa aid fiqur əks olunmasının səbəbi brendin ilk kolleksiyasının Polo Ralph Laurenlə əlaqədar olmasıyla bağlıdır. Markanın məşhurluq qazanmasının bir digər səbəbi polo oyununun üst sinif bir oyun olmasıyla əlaqədar idi. Markaya aid bir digər maraqlı məqam isə brendin Asiyaya məxsus olub, 20-ci yüzillikdə Amerikada populyarlıq qazanmasıydı.

İdman geyim markaları arasında tanınan və sevilən brendlərdən biri də Pumadır. Loqosu da adı kimi pumadan ibarət olan brend gücü, enerjini və hərəkəti simvolizə edir.

Nəcibə Yusifova, Banco.az