“Bank siyasətinin kredit faizilərinə təsir imkanlarını artırmağa çalışırıq” | Banco.az

Error message

Warning: Use of undefined constant php - assumed 'php' (this will throw an Error in a future version of PHP) in include() (line 129 of /home/bancoaz/public_html/sites/all/themes/nbancoaz/templates/node--article.tpl.php).

“Bank siyasətinin kredit faizilərinə təsir imkanlarını artırmağa çalışırıq”

“Azərbaycanda bank siyasətinin kredit faizilərinə təsir imkanlarını artırmağa çalışırıq. Bununla bağlı islahat gündəliyi var. Başlıca diqqət bu sahədə islahatlara yönəlib”.

Bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirdiyi mətbuat konfransında deyib.

“İnflyasiyanın hədəflənməsi rejiminə keçməyə hazırlaşırıq. Hələ ki, depozit və kredit faizlərinə təsir imkanları zəifdir. Bu rejimə keçəndən sonra təsir imkanlarımız arta bilər”, - o əlavə edib.

Baş bankir həmçinin deyib ki, hazırda neftin bahalaşmasının Azərbaycan manatının məzənnəsinin möhkəmlənməsinə təsiri cüzidir. 

Report.az