Azərbaycanda gələn il ÜDM 3,6% artacaq | Banco.az

Azərbaycanda gələn il ÜDM 3,6% artacaq

2019-cu ildə ölkədə ÜDM-in real artımı 3,6% olmaqla, 81,9 mlrd. manat, o cümlədən qeyri-neft ÜDM-in artımı 3,9% olmaqla 50,5 mlrd. manat təşkil edəcək.

2019-cu ildə əsas kapitala yönəldiləcək investisiyaların ümumi həcminin real ifadədə 2,2% artaraq 17,9 mlrd. manat proqnozlaşdırılır ki, bunun da 58,2%-i daxili investisiyaların, 41,8%-i xarici invesitisiyaların payına düşür. 2019-cu ildə qeyri-dövlət investisiyalarının həcmi 8,9 mlrd. manat olmaqla, ümumi invesitisiyaların 50%-ni təşkil edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Növbəti 3 ildə yerli valyutanın ABŞ dolları ilə dəyərinin 1,70 manat səviyyəsində qalacağı və istehlak qiymətləri indeksinin cari ildə təkrəqəmli səviyyəyə enməsi trendinin davam edəcəyi gözlənilir.

Nəticə etibarilə əhalinin gəlir səviyyəsinin 2019-cu ildə 59,2 mlrd. manata qədər artacağı və orta aylıq əməkhaqının ötən illə müqayisədə real ifadədə 10,7% artaraq 641,7 manat olacağı proqnozlaşdırlır. 

Report.az