Sendviçlərinə ekoloji dost görünüş qazandırmaq istəyən KFC şirkəti Honkonqda qeyri-adi bir üsula müraciət edib və menyusuna qısa bir müddət ərzində dövr edən məhsulu “Double Down” üçün yeyilə bilən qablaşdırma kağızı hazırlayıb.
Həmçinin oxu: “KFC” nin qurucusu Harland Sandersin uğur hekayəsi
Düyüdən hazırlanan qablaşdırma kağızlarında istifadə edilən yazılar da yeyilə bilir. Çörəkdən istifadə edilmədən iki toyuq tikəsi arasına hazırlanan “Double Down” – u müştərilərinə yeyilə bilən düyü kağızlarında təqdim edən marka ekoloji dost bir etməklə yanaşı, eyni zamanda məhsulun daha asan istehlakını da təmin edir.
Hələ ki ölkəmizdə belə bir təşəbbüs həyata keçirilməyib. Bəs, belə qablaşdırma haqqında sizin fikirləriniz necədir?
Həmçinin oxu: Hansı adları şirkət adı olaraq istifadə etmək OLMAZ?
Tamara Mustafayeva, Banco.az