Bankların borcalanları haqqında QAYDA | Banco.az

Bankların borcalanları haqqında QAYDA

Maliyyə Bazarlarına Nəzarət Palatası “Bankların və bank olmayan kredit təşkilatlarının borcalanları haqqında məlumatın Mərkəzləşdirilmiş Kredit Reyestrinə verilməsi Qaydası”nı təsdiqləyib.

Sənədi qurumun İdarə Heyətinin sədri vəzifəsini icra edən İbrahim Alışov imzalayıb.

Bu qayda bankların və bank olmayan kredit təşkilatlarının hər bir borcalanı haqqında məlumatın Maliyyə Bazarlarına Nəzarət Palatasının Mərkəzləşdirilmiş Kredit Reyestrinə (MKR) verilməsi qaydasını, həmçinin bu məlumatın xarakterini və tərkibini müəyyən edir.

Kreditlər haqqında məlumatlar kreditin eyniləşdirmə nömrəsi və mühasibat uçotu sənədlərində əks etdirilmiş qalıq dəyəri ilə təqdim edilir.

Məlumatlar hər təqvim ayının 1-i tarixinə olan vəziyyətə növbəti 4 iş günü ərzində təqdim edilir.

MKR-ə yeni kreditlər haqqında məlumatlar kreditin verildiyi tarixdən 2 iş günü ərzində təqdim edilir.

Məlumatın son verilmə tarixi qeyri-iş gününə düşdükdə məlumat növbəti iş günü təqdim edilir.

Kredit öhdəliyinin tam icra edilməsi haqqında məlumatlar MKR-ə kreditin tam ödənildiyi tarixdən 2 iş günü ərzində təqdim edilir.

Məlumat elektron formada MKR-in avtomatlaşdırılmış sisteminin tələblərinə uyğun olaraq təqdim edilir.

Hər bir kredit üzrə MKR-ə təqdim olunan məlumat informasiyanı əks etdirməlidir.

Hər hansı kreditin eyniləşdirmə nömrəsində dəyişiklik tələb olunarsa, bu haqda MKR-ə bank və BOKT tərəfindən yazılı məlumat verilməli, köhnə və yeni nömrələrin siyahısı təqdim edilməlidir.

Məlumat təchizatçıları MKR-ə təqdim edilən məlumatların dəqiqliyini təmin etməlidir.

MKR-də olan məlumatlara hər hansı düzəliş məlumat təchizatçılarının yazılı müraciəti və ya məhkəmənin qanuni qüvvəyə minmiş qərarına əsasən aparılır.

MKR-ə təqdim edilən məlumatların tərkibi.

Bank və ya BOKT barədə:

1. adı,

2. lisenziyasının nömrəsi.

Borcalan fiziki şəxs barədə:

1. adı, soyadı, atasının adı,

2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi,

3. doğulduğu yer və tarix,

4. fərdi indentifikasiya nömrəsi,

5. fərdi sahibkarın VÖEN-i,

6. fərdi sahibkarın müflis elan olunub-olunmaması.

Borcalan hüquqi şəxs barədə:

1. adı,

2. VÖEN-i,

3. müflis elan olunub-olunmaması.

Birgə borcalanlar qrupu barədə:

1. qrupun adı,

2. eyniləşdirmə nömrəsi.

Zamin fiziki şəxs barədə:

1. adı, soyadı, atasının adı,

2. şəxsiyyətini təsdiq edən sənədin seriya və nömrəsi,

3. doğulduğu yer və tarix,

4. fərdi sahibkarın VÖEN-i.

Zamin hüquqi şəxs barədə:

1. adı,

2. VÖEN-i.

Kredit:

1. eyniləşdirmə nömrəsi,

Forması:

1. borc pul,

2. kredit xətti,

3. kredit kartı,

Ən sərfəli kredit üçün müraciət et

4. qarantiya və ya zaminlik,

5. overdraft xətləri,

6. balansdan silinmiş kreditlər,

7. lizinq,

8. faktorinq,

məbləği:

1.açılmış kredit xətləri üzrə limitlərin tam məbləği;

2.hesabat tarixinə kredit üzrə ödənilməli əsas borc məbləği,

3.hesabat tarixinə kreditin müqavilə üzrə alınmamış faiz məbləği,

5.valyutası,

6.verilmə tarixi,

7.ilkin müqavilədə göstərilmiş ödəniş tarixi,

8.vaxtının uzadılması, yenidən rəsmiləşdirilmə, restrukturizasiya və başqa dəyişikliklərlə bağlı müqavilə üzrə son ödəniş tarixi,

9. müddət (aylarla),

10. illik faiz dərəcəsi,

11. ay ərzində ödənilməli məbləğ,

12. hesabat tarixinə sonuncu ödənişin tarixi.

Təyinatı:

1. fiziki şəxslərə istehlak kreditləri,

2. fiziki şəxslərə ipoteka kreditləri,

3. ticarət və xidmət sektoru,

4. energetika, kimya və təbii ehtiyatlar sektoru,

5. kənd təsərrüfatı və emal sektoru,

6. inşaat və əmlak sektoru,

7. sənaye və istehsal sektoru,

8. nəqliyyat və rabitə sektoru,

9. neft sektoru,

10. kreditin əsas borcunun müqavilə ilə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərin (gecikdirilmə günlərinin) sayı,

11.faizlərin müqavilə üzrə müəyyən edilmiş ödəniş tarixindən keçən günlərinin sayı,

12. ödəmə vaxtının uzadılması, yenidən rəsmiləşdirilməsi, restrukturizasiyası və digər dəyişikliklərin sayı.

Təsnifatı:

1. nağd pulla təmin olunmuş,

2. qənaətbəxş kreditlər,

3. nəzarət altında olan kreditlər,

4. qeyri-qənaətbəxş kreditlər,

5. təhlükəli kreditlər,

6. ümidsiz kreditlər.

Statusu:

1. tam ödənilmiş,

2. qeyri-işlək,

3. balansdan silinmiş,

4. işlək.

Təminat üsulu:

1. girov (ipoteka):

növü:

1. daşınmaz əmlak,

2. daşınar əmlak,

3. hesabda olan vəsait,

4. predmeti və təsviri;

5. dəyəri (manatla);

6.qeydiyyata almış dövlət orqanının (qurumunun) adı və qeydiyyat tarixi.