Azərbaycanda asanlıqla qurula biləcək 6 sadə biznes layihəsi! | Banco.az

Azərbaycanda asanlıqla qurula biləcək 6 sadə biznes layihəsi!

Ölkədə işsizlik problemindən sonra hər kəs öz biznesini qurmağa başlayıb. Çoxu öz şəxsi büdcəsi hesabına, çoxu bankdan kredit götürərək biznes qurmağa çalışıb. Bir həqiqət var ki, bizim millətin beyni biznesə yaxşı işləyir. Yaxşı ideyalar taparaq, çörəyini daşdan çıxarda bilir. Hər nə qədər ağdamlılara söz atsaq da, ümumiyyətlə ölkə əhalisinin hamısı pul qazanmaqda ustadır.

Bu gün Azərbaycanda tez-tez görülən, hər kəsin qura biləcəyi 6 sadə biznes layihəsindən söz açacayıq. Düzdür bu biznes layihələri ölkədə çoxdur, amma rəqabət pis bir şey deyil. 

Qeyd edim ki,sözügedən biznes layihələri son illərdə biznes prosesinin müşahidəsi nəticəsində qeydə alınıb. :)

1) Xəbər saytı qurmaq

Hər nə qədər desələr də, Azərbaycanda insanlar sayt oxumur. Mən inanmıram. Çünki gündə bir sayt açılır və hər birinin özünəməxsus oxuyucu kütləsi var. Bizim insanlar maraqlı məlumatlar olanda saytdan oxuyur, o da ki hər yerdə belədir. Yəni elə indi bir domen alıb, informasiya tipli bir sayt açsaz və ingilis və ya rus mənbələrindən hər gün 2-3 dənə məqalə tərcümə edib sayta yerləşdirsəz, müəyyən qədər gəlir əldə etmiş olacaqsınız. 

2) Xarici dil və ya başqa məlumatların tədrisi ilə məşğul olan kurs açmaq.

Hazırda ölkədə ən məşhur biznes layihəsidir. Demək olar ki, biraz büdcəsi olan hər kəs bu sahədə gəlir əldə edə bilər. Bir neçə peşəkar müəllim heyəti və icarəyə götürülmüş bir neçə otaqla kurs sahibi olursunuz. Hətta ölkəmizdə kurs açaraq gəlir əldə edən nə qədər nümunə var.

3) Saat, ətir, kitab və.s biznesinə başlayaraq, mağaza açmaq.

Ən sərfəli kredit üçün müraciət et

Son illərdə ölkəmizdə saat və ətir sataraq özünə biznes qurmuş nə qədər insan saya bilərəm. Məsələ budur ki, bu sahə bir az zəhmət tələb etsə də bir neçə addıma yaxşı gəlir götürmək olur. Hətta Bakı küçələrində hər addımbaşı belə mağazalara rast gəlmək də tədadüfi olmamalıdır.

4) Mühasibatlıq üzrə konsaltinq  xidməti göstərmək.

Bir sıra beynəlxalq mühasibatlıq kursları yaranandan sonra, hər kəs mühasib kimi şirkətlərdə işə düzəlməyə başladı. İş tapmayanlar da, ya da ki əlavə biznes qurmaq istəyən mühasiblər də mühasibatlıq üzrə konsaltinq xidməti göstərərək gəlir əldə etməyə başladılar.

5) Turizm xidməti göstərmək.

Məlum məsələdir ki, ölkəmizdə ən çox gəlir götürülən sahələrdən biridir turizm. Ümumiyyətlə Azərbaycanda görməli yerlər çox olduğundan belə şirkətlərin olması da normal qarşılanmalıdır. Hətta insanların çoxunun burada iş tapa bilməyib xaricə üz tutması da bu şirkətlərin yaranmasına səbəbdir demək olar.

6) Reklam agentlikləri

Ümumiyyətlə ölkədə şirkətlər reklam sahəsinə çox pul xərclədiyindən belə agentliklərin yaranmasını təəccüblənmirəm desəm yalan olmaz. Həm də son illərdə marketinq sahəsinə güclü axın var, ona görə də reklam agentliklərinin saytı artmağa başlayır.