OPEC – in neft hasilatı artıb | Banco.az

OPEC – in neft hasilatı artıb

Next İxrac Edən Ölkələr Birliyinin(OPEC) gündəlik xam neft hasilatı avqust ayı üzrə ötən aya nəzərən 278 min barel artaraq 32 milyon 560 min barelə çatıb. Bununla da OPEC – in ümumi qlobal neft tədarükü üzrə iyul ayı ərzində 32,8 % təşkil edən payı ötən ay 32,9 % - ə yükləsib.

OPEC – in avqust ayı üzrə təqdim etdiyi Hesabatına əsasən ötən ay qlobal neft tədarükü əvvəlki aya nəzərən 490 min barel artaraq 98 milyon 880 min barel olub.

Avqust ayı ərzində təşkilata daxil olmayan ölkələrdə neft hasilatı gündəlik 210 barel artım göstərərək təqribən 66 milyon 320 barelə çatıb.

Ötən ay OPEC üzvü ölkələr arasında  gündəlik xam neft hasilatını ən çox artıran ölkələr ardıcıllıqla Liviya, İraq və Nigeriya olub.

Ən sərfəli kredit üçün müraciət et

Həmçinin oxu: Ən az sayda vergi alan ölkələr

Qlobal neft təlabatı artacaq

OPEC – in proqnozlarına görə, gələn il qlobal neft tələbi bu ilə nəzərən 1 milyon 410 min barel artaraq 100 milyon 230 min barelə çatacaq.

Qeyd edək ki, avqust ayı ərzində istifadəyə verilən dünya üzrə qazma quyularının sayı 2 min 360 olaraq açıqlanıb. Bu quyulardan 563 – ü OPEC - ə üzv ölkələrin payına düşür.

Tamara Mustafayeva, Banco.az