Gələcəyin ağıllı şəhərləri üçün 4 innovativ ixtira | Banco.az

Gələcəyin ağıllı şəhərləri üçün 4 innovativ ixtira

Tarix 2050 – ci ili göstərdiyi zaman dünya əhalisinin 10 milyarda çatacağı proqnozlaşdırılır. Bu fakt şəhərlərə çox böyük təsir göstərəcək. Çünki BMT – nin proqnozlarına görə dünya əhalisinin 67% - i həmin ilə qədər şəhərlərdə məskunlaşacaq. Proqnozlaşdırılan iqtisadi, demoqrafik, sosial və ekoloji problemlərin həll yolunun isə ağıllı şəhərlər olacağı ümid edilir. Dünyanın dörd bir yanından idarəedicilər adətən bənzər şəkildə, zaman zaman isə iş birliyi edərək eyni həll yolunu tapmağa cəhd göstərirlər; Hər şeyi ağıllı hala gətirmək. Mövzu ilə bağlı irəli sürülən yüzlərlə fikir arasında ağlabatan və şəhər əhalisinin həyatını müsbətə doğru dəyişdirəcək bəzi layihələr də mövcuddur. Bugünki məqaləmizdə həmin layihələrdən bəziləri haqqında yazmışıq.

Elektrikli Nəqliyyat Vasitələri

Əhalisi çox olan şəhərlər üçün nəqliyyat aparıcı məsələlərdən biridir. Nyu York bu problemin öhdəsindən elektrikli avtobuslar vasitəsilə gəlməyi düşünür. Nyu York rəhbərliyinin təqdim etdiyi həll yoluna görə avtobuslara və işıqforlara bağlanılan sensorlar vasitəsilə nəqliyyat xidmətinin asanlaşdırılması və sürətləndirilməsi təmin edilir. Belə ki, avtobus işıqfora yaxınlaşdıqda yaşıl işıq yanırsa, avtobus keçənə qədər yanmağa davam edir, qırmızı işıq yanırsa avtobus çatmamış yaşıla çevrilir. Sərnişin avtobuslarına üstünlük yaradan bu layihə sayəsində nəqliyyat səfəri zamanı 20% qazanc əldə edilir.

Telefon vasitəsilə rəsmi işlərin həll edilməsi

İsrailin ən böyük şəhəri olan Tel-Əvivdə aparılan bir araşdırmanın nəticəsində insanların şəhərdə yaşamağı çox sevdikləri, ancaq idarəetmə tərzindən narazı olduqları ortaya çıxdı. Bundan sonra keçmiş paytaxt şəhəri 2013 – cü ildə yeniləşməyə başladı. “Digitel” adlı ağıllı telefon tətbiqinin yaradılması ilə nəticələnən bu yenilik sayəsində əhali artıq mobil telefonlarından istifadə edərək bütün rəsmi prosesləri və idarəçiliklə bağlı şikayətlərini asanlıqla icra edə bilirlər.

Ən sərfəli kredit üçün müraciət et

Elektrik istehlakının idarə edilməsi

Avropa İttifaqının prioritetlərindən biri olan, evlərdəki elektrik istehlakının real vaxtda idarə edilməsi imkanı İngiltərədə həyata keçirildi. İngiltərə ağıllı saat layihəsi ilə Uels və Şotladiyada cəmi 53 milyon evə ödənişsiz olaraq elektrik və qaz xərclərinə nəzarət edən xüsusi sayğac yerləşdirməyi planlaşdırır. Bu layihənin 2020 – ci ilə qədər yekunlaşdırılması nəzərdə tutulub.

Ağıllı səhiyyə sisteminin daha da təkmilləşdirilməsi

Aralarında Sinqapur, Yaponiya və Cənubi Kareyanın da olduğu Asiya Nəhəngləri səhiyyə sistemində dəyişikliyə səbəb olacaq ixtiralara üstünlük verməyə başladılar. Sinqapurun müəyyən xəstəxanalarında hazırda həkimlər, tibb bacıları ilə birlikdə robotlar da işləyir. “HOSPI” adlı insan ölçülərində olan robot xəstəxananın dəhlizlərində dərman preparatları, sənədlər və qan nümunələrini daşıyır. Sinqapurda “HOSPI” robotları ilə yanaşı robot cərrahları da görmək mümkündür. Robot cərrahlar həmçinin Yaponiyada da olduqca məşhurdur.

Digər bir ixtira isə xəstəxanadakı xəstələrin səhhətini müntəzəm olaraq və uzaqdan yoxlama imkanı yaradan fiber optik yataq örtüyüdür. Bu örtüklər sayəsində tibbi personal xəstələrin yanına getmədən onların temperaturunu və nəfəs alıb-vermə tezliyini izləyə bilirlər.

Tamara Mustafayeva, Banco.az