Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir | Banco.az

Çin Azərbaycan vasitəsilə Avropaya yük qatarları göndərir

2025-ci ilin yeddi ayında Çindən 225 blok-qatar qəbul edilib ki, bu da keçən ilin eyni dövrü ilə müqayisədə təxminən 2 dəfə çoxdur.

Bu barədə Çinin Azərbaycandakı səfiri Lu Mey bugünkü brifinqdə bildirib.

    Onun sözlərinə görə, ilin sonuna qədər 400-dən çox blok-qatarın qəbul ediləcəyi gözlənilir.

    “Bu ilin əvvəlindən etibarən Pekindən və Çinin Şansi, Quandoun və Çjetszyan əyalətlərindən Transxəzər marşrutu üzrə Çin-Avropa qatarları Azərbaycan üzərindən uğurla yola düşüblər. Sabah mən Çjetszyandan Bakıya gələcək Çin-Avropa yük qatarının qəbul mərasimində iştirak edəcəyəm”, - diplomat qeyd edib.

    apa