Sığorta bazarının göstəriciləri AÇIQLANIB | Banco.az

Sığorta bazarının göstəriciləri AÇIQLANIB

2018-ci ilin yanvar-iyul ayları ərzində ölkədə fəaliyyət göstərən 21 sığorta şirkəti tərəfindən 459.9 mln. manat məbləğində sığorta haqları toplanıb, 145.9 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Palatadan banco.az-a verilən məlumata görə, Könüllü sığorta bazarı üzrə haqlar 334.5 mln. manat, ödənişlər isə 107.5 mln. manat təşkil edib. İcbari sığorta bazarı üzrə haqlar 125.4 mln. manat, ödənişlər isə 38.4 mln. manat olub.

2018-ci ilin yanvar-iyul ayları ərzində sektor üzrə məcmu sığorta haqlarının 73%-i  könüllü, 27%-i  isə  icbari  sığorta  növlərinin  payına  düşüb. Sığorta  ödənişlərinin 74%-i könüllü, 26%-i isə icbari sığorta növləri hesabına formalaşıb.

Ən sərfəli kredit üçün müraciət et

2018-ci ilin yanvar-iyul ayları ərzində sığorta şirkətləri və sinifləri üzrə hesablanmış sığorta haqları və ödənişlərə dair ətraflı məlumatlar sığorta bazarının icmal göstəricilərində öz əksini tapıb.

2018-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (ŞİRKƏTLƏR ÜZRƏ)

2018-ci ilin yanvar-iyul ayları üzrə hesablanmış sığorta haqları və sığorta ödənişləri haqqında M Ə L U M A T (SİNİFLƏR ÜZRƏ)