Robert Toru Kiyosaki 1947-ci ilin 8 aprel tarixində Havayda anadan olmuşdur. Möhtəşəm valideynlərə sahib olduğunu bildirən Robert, kiçik yaşlarından çalışqanlıq və digər dəyərlərin əhatəsində böyümüşdür. Zəngin olmaq Kiyosakinin uşaqlıq arzusu idi. 1974-1978-ci illər ərzində Xerox şikətində satış meneceri olaraq çalışan Kiyosaki, ömrünün tam 4 ilini bu şirkətdə keçirdikdən sonra olmaq istədiyi yerdə olmadığının fərqinə vardı. 1997-ci ildə naylon pul kisələri istehsalına başlayarkən, multi-milyon dollarlıq bir şirkət quracağını bilməsə də, inamı var idi.
“İnsanların pulla bağlı çətinlik çəkmələrinin səbəbi, təhsil illərində pul ilə bağlı bir şey öyrənməməkləridir. Nəticədə isə, insanlar pul üçün işləməyə başlayır. Siz, pulun sizin üçün işləməsini təmin etməlisiniz.” – deyə, qeyd edən Kiyosaki təhsilin və dəyərlərin bütün həyatınıza nüfuz etməsini məsləhət görür. Robert Kiyosakinin 40 illik təcrübəsinə əsaslanan 5 məsləhəti sizinlə bölüşürük:
- Dediyiniz sözlərin heç biri gələcəyinizlə bağlı bir şey ifadə eləmir. Yalnız özünüzə pıçıldadığınız kəlimələr həyatınızı dəyişir. Özünüzə qarşı dürüst olun, başqaları deyil, siz arzularınızın sahibisiniz.
- Xərclərinizi azaltmaqdansa, gəlirlərinizi artırın. Bu, arzularınızı azaltmağa bənzəyir. Arzularınızı azaltmaqdansa, böyüdün. Beyniniz gəlirlərə fokuslansın. qənaətə deyil. Əslində məntiqli olan da budur. Qənaət etməklə büdcə yeni pullar qazanmır. Mövcud pulun bir hissəsini qoruyur, o qədər.
- Uğurlu insanlar hər zaman suallar verir. Sual verənlər olun. Uğurlu insanlar hər zaman yeni biliklərin arxasından qaçırlar. Onlar öyrənirlər, inkişaf edirlər, irəli atılıb məsuliyyət götürürlər.
- Pula düşkün olmayın. Öyrənmək üçün işləyin, pul üçün deyil. Bilgi üçün çalışın. Məktəbdə əvvəl cavabları verib, sonra imtahana çəkirlər. Məsələ də budur ki, həyat belə deyil. Bu həyatda bütün cavabları özünüz tapmalısınız.
- Kənarda dayanmaq və tənqid etmək çox asandır. Gəlin, bir dəfə də nəsə eləməyi yoxlayın. Bu o qədər asan olmayacaq, amma oyuna qoşulmağa dəyər. Vəziyyətinizdən şikayət etməklə qazanmayacaqsınız. Ayağa qalxın və nəsə edin.
Sevinc Hüseynova, banco.az