AtaBank müştərilərinin rahatlığını düşünərək yeni WhatsApp kommunikasiya kanalını istifadə üçün təqdim edib. Artıq WhatsApp istifadəçiləri birbaşa AtaBanka müraciət edərək istənilən məlumatı operativ əldə edə bilərlər. Bunun üçün yalnız AtaBank-ın WhatsApp əlavəsinə bağlı olan 050 99 99 136 telefon nömrəsinə yazmaq kifayətdir.
Müasir dövrümüzdə insanlar zamanlarına qənaət etmək üçün ən asan və ən rahat vasitələrdən istifadə etməyə üstünlük verirlər və bu məqsədlə AtaBank müştərilərinə hər zaman online müraciət edə bilmələri üçün müxtəlif imkanlar yaradır.
Hazırda müştərilər banka həm sosial şəbəkələr həm də yeni istifadəyə verilmiş WhatsApp kanalından istifadə edərək müraciət edə bilərlər. Bankın əməkdaşları istənilən kommunikasiya kanalından daxil olan müraciətləri cəmi bir neçə saniyə ərzində cavablandıraraq müştərilərə vaxtında köməklik göstərməyə hər zaman hazırdırlar.
"AtaBank" xidmət və məhsulları haqqında daha ətraflı öyrənmək istəyən şəxslər 136 çağrı mərkəzinə zəng vura və ya bankın internet səhifəsini ziyarət edə bilərlər - www.atabank.com