Dünyanın ən bahalı restoranlarında nahar etmək üçün nə qədər xərcləməlisiniz? | Banco.az

Dünyanın ən bahalı restoranlarında nahar etmək üçün nə qədər xərcləməlisiniz?

Dadlı yemək yemək insanı xoşbəxt edən amillərdən biridir. Əgər bu yemək gözəl məkanda yeyilsə onun verdiyi zövqü sözlə ifadə etməyə ehtiyac qalmır. Bu yazıda dünyanın ən bahalı restoranları haqda sizə məlumat verəcəyik.

Dünyanın ən bahalı restoranlarından biri və birincisi İspaniyanın turizm mərkəzi olan İbizada yerləşir. Burda nahar etmək üçün əliniz cibinizdə olmalıdır, çünki restorandakı naharın qiyməti orta hesabla 1.850 dollardır. Kollektiv şəkildə nahar etmək istəyənlər 12 nəfərlik stollardan istifadə edə bilərlər. Restoran müştərilərinə 15-20 növ yemək və 3 saat davam edən əyləncəli proqram təklif edir. Getmək istəyənlər üçün bildirək ki, restoranın adı Sublimotion adlanır.

Asiya mətbəxti həmişə bir çoxlarının diqqətini cəlb etməkdə davam edir. Ən azından dəniz məhsulları sevənlər üçün bu belədir. Kitcho adlı restoran Yaponiyanın ən bahalı restoranıdır. Restoran həm də məbəddir. Yaponlar burda xüsusi çay mərasimlərini təşkil edirlər. Burda nahar etmək istəyənlər 600 dollarından keçməlidirlər. Amma bir azərbaycanlı kimi orda çay içmək sizi yora bilər, çünki çay mərasimlərində bir fincan çayı içmək olduqca uzun zaman alır.

Siyahıda üçüncü yeri Amerikada, Manhattanda yerləşən Masa restoranı tutur. Restoranda orta hesabın məbləği 585 dollardır və Amerikadakı ən bahalı restorandır.

Ən sərfəli kredit üçün müraciət et

Digər bir bahalı restoran Alain Ducasseyə aiddir. Restoran bir çoxlarının xəyallar şəhəri Parisdə yerləşir. Bu restoranı unikal edən orda yeməklərin bişməmiş servis edilməsidir. Burda nahar etmək istəyən 550 dollarından keçməlidir. Plaza Athénéé Maison adlı restoranın yeməkləri ilə bərabər şəhərin mərkəzində yerləşməsi ona başqa bir üstünlük verir.

Amerikanın bir digər bahalı restoranı Beverli Hillsdə yerləşən məkandır. Restoran 30 növ yemək təklif edir və maraqlı bir digər məqam restoranda cəmi 10 stolun olmasıdır. Ona görə də orda yemək yemək eşqinə düşsəz əvvəlcədən rezerv etməkdə fayda var. Burda orta hesab bir nəfər üçün təqribən 488 dollar təşkil edir. Bu arada restoranın adı Urasawadır. Adından məlum olduğu kimi menyuda Asiya mətbəxti üstünlük təşkil edir.

Harada yeməyinizdən asılı olmayaraq yediyiniz yeməkdən zövq almaq əsas amildir.

Nəcibə Yusifova, Banco.az