Biznes Plan - Hazırlanmasında diqqətə alınacaq hissələr hansılardır? | Banco.az

Biznes Plan - Hazırlanmasında diqqətə alınacaq hissələr hansılardır?

Bir ideya beyində formalaşır və bunun istər biznes, istər faydalılıq, istərsə də digər nüansları ilə əlaqədar insanda şaxəli fikirlər formalaşır. Dağınıq olan bu ideyadan doğan yeni fikir və təzadların qruplaşdırıb sistemə salınması üçün Biznes Plan olduqca vacib və stratejidir. Biznes planın hazırlanması vasitəsi ilə siz layihə və ya ideyanız haqqında ən xırda detalları ortaya qoyaraq həm bu layihənizə investisiya qoyacaq olan investora həm də özünüzə aydın bir yol xəritəsi çəkmiş olursunuz. Adından göründüyü kimi plan şəklin olan bu xəritədə hər kəs özünə maraqlı nüansı aşkar edir və təlabata və sərfiyyata uyğun olaraq hərəkət etməkdə riskləri əvvəlcədən müəyyən qədər görmüş olur.

 

Sahibkarlıq müəssisələrini üzrə ekpert, Harvard Biznes Məktəbinin professoru U.Salman, biznes planın 4 təməl faktor üzərində qurmağı tövsiyyə edir. Həmin faktorlar barədə qısaca:

  • İnsan - Biznesi başlayacaq və davam etdirəcək insanlar, o cümlədən biznesi lazımi resurslarla təmin edəcək digər şəxslər.
  • İmkanlar – Biznesin gələcəyi necə təzahür edilir. Kimə və nə satılacaq, biznes böyüyə biləcəkmi, bu nə qədər vaxt ala bilər, maliyyə məsələləri nə vəziyyətdədi, yarana biləcək əngəllər və s.
  • Kontekst – Əhatəli baxış: yerli qanunlara uyğun, maraq dərəcəsi, demoqrafik meyillər, inflyasiya və s.
  • Qazanc və risk -  alınan alınmayan hər bi ehtimalın hesablanması, işlənməsi, eyni zamanda komandanın buna göstərəcək reaksiyasının müzakirəsi.

Hazırlayacağınız Biznes plandan rəqəmlərə çox yer verərkən əsas mahiyyətin izahı ilə əlaqədar cümlələri qısa, lokanik deyil daha anlaşılır sadə dildə izah edin. Biznes planın tərkibindən sistemli olaraq hər şeyin qeyd edilməsi onun daha əhatəli işlənilməsinin göstəricisidir. Eyni zamanda siz planın təqdimatı zamanı grant və ya investisiya gözlədiyiniz şirkət, qurum və s.-a uyğun olaraq trayektoriya seçməyiniz daha məqsədə uyğundur.

Ən sərfəli kredit üçün müraciət et

İri və ya xırda miqyaslı təhlillər aparılmalıdır. Bu təhlillər həm müqayisəli həmdə bazar üçün olmalıdır. Rəqiblərin müqayisəli təhlili və bazarda məhsul və ya xidmətlərin araşdırılması həyata keçirilərək qeyd olunmalıdır. Məlumat və göstəricilərin dəqiq analiz edilmiş olması, ətraflı qeyd olunması, təqdim edilən üçün sizin dərin araşdırma bacarıqlarınızın ortaya qoyulmasını və onun da daha rahat götürqoy edib, qərar verəbilməsini asandlaşdırır.

Biznesinizin təsviri zamanı onun marketinq planının qeyd olunması zəruridir. Siz bu məhsul və ya xidməti necə sata biləcəyinizi öz imkanlarınız daxilində izah etməlisiniz. Qeyd etməlisiniz ki, bu təqdim etdiyiniz məhsulu almaq və ya xidmətdən yararlanmaq istəyənlər üçün nə kimi cəzbedici xüsusiyyətləri var və s.

Komanda – layihənin ən önəmli hissəsidir ki, elə layihəni də həyata keçirən subyektlər onlardır. Hər birinin layihədəki rolu, yeri, vəzifə və məsuliyyətləri biznes planda qeyd olunmalıdır.

Bu kimi ideyanı ətraflı kağıza tökərkən mütləq diqqətdən qaçırmamalı olduğumuz hissə qanunvericilikdi. Məhsul və ya xidmətinizin vergi dərəcələrini düzgün təyin etməli. İlkin sifariş həcmindən tutmuş saxlanılan anbara qədər, çatdırılma xərclərinə qədər hər şey hesablanmalı, xalis gəlir ortaya çıxarılmalıdır. Ondan sonra investornan qoyulacaq pul məsələsini və gəlirdəki pay bölgüsündə ortaqlıq yaxud sadəcə investisiya edilən borcun qaytarılması məsələlərini müzakirə edə bilərsiz.

Fuad VAHABZADƏ, banco.az