Banco.az, Palatanın göstəricilərinə əsasən xəbər verir ki, 2018-ci ilin may ayında banklarımızın zərəri 6 mln manat təşkil edir. Keçən ilin may ayında bu göstərici 178 mln manat idi, bu isə banklarımızın öz zərərlərini 97% azaltması mənasına gəlir.
Qeyd edək ki, bankların zərərdə olmasının səbəbi isə aktivlər üzrə mümkün zərərlərin ödənilməsi məqsədi ilə ayrılan xüsusi ehtiyatların həcminin bankların əməliyyat mənfəətindən daha çox olması ilə bağlıdır. Qeyd edək ki, ehtiyatların ayrılması qaydaları Mərkəzi Bankın normativləri ilə tənzimlənir.