İlon Mask Teslaya qarşı baş vermiş təxribat haqda məlumat verib | Banco.az

İlon Mask Teslaya qarşı baş vermiş təxribat haqda məlumat verib

Teslanın başçısı İlon Mask öz işçilərinə məlumat ünvalayaraq aralarında fəaliyyət göstərən və xəbəri kənar şəxslərə ötürən şəxsi ortaya çıxardıqlarını bildirib. Məlumata görə , həmin şəxs əməliyyat sisteminə müdaxilə edərək vacib məlumatları üçüncü tərəflə bölüşürmüş.

Mövzuya münasibət bildirən Mask yayılan məlumatın miqyası haqda məlumata sahib olmadıqlarını deyib. Günahlandırılan şəxs öz əməlinə səbəb kimi maaşının artırılması müraciətinin geri çevrilməsini göstərib. Mask hadisənin bir və ya daha çox şəxsin iştirakıyla həyata keçirildiyi haqda araşdırmanın aparıldığını açıqlayıb. O, öz çıxışında Teslanın kifayət qədər rəqibinin olduğunu da vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Teslanın günəş enerjisi və elektrik maşınları sahəsinə diqqət yetirməsi hamıya məlumdur. Təbii ki, bu halda neft və qaz sektoru üçün bu ən güclü alternativ rəqibdir. Elon Mask da öz növbəsində bu sektorlarda fəaliyət göstərən iri şirkətlərdən şübhələndiyi gizlətməyib. “ Əgər onlar tullantılar haqda aldada bilirlərsə, onda belə bir fırıldaqçılığa əl ata bilərlər?” deyə o, bildirib.

Xatırladaq ki, 17 iyun tarixində Tesla şirkətində yanğın olmuş və bu da işin bir neçə saat ləngiməsinə səbəb olmuşdu. Elon Mask bunun təsadüfü olması ehtimalını bildirsə də işçilərə daha diqqətli olmağı tövsiyə edib.

Nəcibə Yusifova, banco.az

Ən sərfəli krediti almaq üçün müraciət et