Facebook-un ictimaiyyətlə əlaqələr üzrə direktoru istefa verməyə hazırlaşır | Banco.az

Facebook-un ictimaiyyətlə əlaqələr üzrə direktoru istefa verməyə hazırlaşır

Facebook-un ictimaiyyətlə əlaqələr üzrə direktoru Elliot Şreyz öz vəzifəsindən istefa verməsi haqda məlumat paylaşıb. O, tanınmış texnoloji şirkətlərdə yüksək vəzifələrdə çalışmasının qürur verici olduğunu, amma başqa şeylərə vaxt tapa bilməməsi haqda açıqlama verib.

Qeyd edək ki, Elliot bu vəzifədə 2008-ci ildən çalışsa da daha öncə Google-da da eyni vəzifəni icra edib.

Onun sözlərinə görə Facebook-un rəhbəri Mark Zukerberq və əməliyyat üzrə rəhbər Şerıl Sandberq postu əvəzləyəcək şəxs tapılanadək vəzifədə qalmasını təklif ediblər. Bundan əlavə Elliot müəyyən layihələrdə məsləhətçi qismində iştirak edəcək.

Ən sərfəli kredit üçün müraciət et

Onu kimin əvəzləyəcəyi haqda isə hələ ki, məlumat verilməyib. Şreyz öz karyera planları haqda da açıqlama verməyib.

CNN-in verdiyi məlumata görə Elliot Cambridge Analytica  haqda çıxan xəbərlərdə açar rolu oynayırdı. Xatırladaq ki, analitik şirkət olan Cambridge Analytica 87 milyon istifadəçinin şəxsi məlumatlarını target reklam siyasətində istifadə üçün əldə edib. Bu mövzuda Facebook-un da nümayiş etdirdiyi siyasət heç də yaxşı qarşılanmamışdı.

Qeyd edək ki, bu ilin may ayında Facebook 14 milyon istifadəçinin şəxsi məlumatlarının yalnışlıqla sızdırıldığını açıqlamışdı.

Nəcibə Yusifova, banco.az