ARPA «Mühasibat uçotu haqqında» qanununa dəyişiklik mövzusunda media konfransı keçirdi | Banco.az

ARPA «Mühasibat uçotu haqqında» qanununa dəyişiklik mövzusunda media konfransı keçirdi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası (ARPA) «Mühasibat uçotu haqqında» qanununa  dəyişiklik mövzusunda media konfransı keçirdi. Konfrans ARPA-nın PR meneceri Günay Şahbazova və icraçı direktor Əli Bayramov tərəfindən təşkil olunmuşdu.  Şirkətin icraçı direktoru Əli Bayramov mövzu ilə əlaqədar çıxış edərək yeni dəyişikliyin ölkəmizin iqtisadi həyatında vacib rol oynayacağını, zamanla ökəmizin qarşıya qoyduğu strateji hədəflərə çatması üçün bu dəyişikliyin labüd olduğunu vurğuladı. Əli Bayramov ARPA-nın 2009-cu ildən bu sahədə peşəkar fəaliyyət  göstərən, öndə gedən qurumlardan biri olduğunu, qurumun 2013-cü ildən fəaliyyət istiqamətini genişləndirərək mühasibatlığı da bu siyahıya daxil etdiyini bildirdi. Cənab Bayramov peşəkar mühasibatın meyarlarına aydınlıq gətirərək ilk olaraq bu sahədə fəaliyyət göstərmək istəyən şəxsin Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi imtahanda iştirak etməli olduğunu və həmçinin həmin şəxsin peşəkar ictimai birliyə üzv olmasının şərt olduğunu bildirdi. Əli Bayramov ARPA-nın bu sahədə treninq, təlimlər təşkil edəcəyini və hətta Dövlət İmtahan Mərkəzi ilə əməkdaşlıq çərçivəsində danışıqlar apardıqlarını qeyd etdi. Qeyd edək ki, hal-hazırda qurum 3 beynəlxalq istiqamət üzrə fəaliyyətini uğurla davam etdirir. Beləki, ARPA şirkəti MPS (Mühasiblərin Peşəkar Sertifikasiyası), PSS (Peşəkar Siğortaçılıq Sertifikasiyası) və ACCA üzrə peşəkar sertifikasiya proqramlarını həyata keçirir. Əli Bayramov şirkətin hal-hazırda 1000-dən çox fərdi və 20-dən çox koorporativ üzvə malik olduğunu bildirdi. ARPA mühasiblərin peşəkarlığının inkişaf etdirilməsi istiqamətində Maliyyə və Vergilər nazirlikləri ilə memorandumlar da imzalayıb. Bu sənədlər əsasında müxtəlif tədbirlər, o cümlədən, təlimlərin keçirilməsi planlaşdırılır. «ARPA beynəlxalq səviyyəli imtahanların keçirilməsi üçün lazımi təcrübə və lisenziyalara malikdir. Ona görədə biz bu yeniliyə tövhə verməyə hazırıq» deyə Ə.Bayramov bildirdi.

Ən sərfəli kredit üçün müraciət et

Ə. Bayramov yeni qanunun mühasibatlıq sahəsində fəaliyyət göstərən insanlarda marağa səbəb olduğunu və mövcud qanunun Nazirlər Kabineti  tərəfindən President Aparatına təqdim olunması üçün il sonuna qədər vaxt təyin etdiyini, həmçinin reyestrın aparılmasının Maliyyə Nazirliyinə tapşırıldığını qeyd etdi.

Əli Bayramov qanunun bir digər müsbət tərəfinin təsərrüfat subyektləri bölgüsünə aid olduğunu qeyd etdi. Qanuna əsasən təsərrüfat subyektləri 4 yerə bölünür: mikro, kiçik, orta və böyük. Cənab Bayramov bu sahənin də diqqətə layiq olduğunu və risklərə xüsusi diqqət verilməli olduğuna diqqət çəkdi. O, həmçinin böyük şirkətlərin risk menecment üzrə autsorsinqə müraciət edə biləcəklərinin daha sərfəli ola biləcəyini vurğuladı.

Ə. Bayramov  hər bir sahədə risklərin idarə olunmasının labüd olunduğunu və bu sahədə ARPA-nın ən yaxşı ixtisaslaşmış seçim variantı olduğunu qeyd etdi. Cənab Bayramov yeni qanunvericilikdə ARPA-nın xüsusi fəallıq göstərdiyini və gələcəkdə mümkün əməkdaşlığa hazır olduqlarını bildirdi.