ARPA “Effektivliyin İdarə Edilməsi və Təşkilati İnkişaf” mövzusunda seminar keçirildi | Banco.az

ARPA “Effektivliyin İdarə Edilməsi və Təşkilati İnkişaf” mövzusunda seminar keçirildi

Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyasının (ARPA) baş ofisində İnsan Resurslarının inkişafı istiqamətində “Effektivliyin İdarə Edilməsi və Təşkilati İnkişaf” mövzusunda  seminar keçirilmişdir.

Tədbirdə Universitas International LLC-nin  İcraçı Direktoru və  Potensial quruculuğu üzrə ekspert Araz Paşayev iştirakçılara  Performansın (effektivliyin) idarəolunması və əsas performans göstəricilərinin (KPİ) tərtib edilməsi və korporativ kompetensiyalar haqqında məlumat vermişdir.

Seminarda bank və sığorta sektorlarında təşkilati inkişaf, müştəri yönümlü xidmət, satış və məhsul (product development) çeşidlərinin yaradılması üzrə dəyər zəncirinin formalaşdırılmasını əhatə edən praktiki məşğələ və çalışmalar həyata keçirilmişdir.

Ekspert iştirakçılara hədəfləmə və kəmiyyət, vaxt, keyfiyyat perspektivində hədəflərin dəyərləndirilməsi, işçi heyətinin bilik və bacarıqlarının düzgün dəyərləndirilərək gələcəkdə onların peşə inkişafının təmin edilməsi, satış hədəfləri ilə bağlı prioritetlərinin düzgün təşkili, şirkətdə faydalılıq əmsalının düzgün qurulması, yerli şirkətlərdə mövcud aktuari, risk və komplayns problemləri, düzgün starteji planlama və bu kimi məsələlər üzrə beynəlxalq təcrübə və yanaşmalar haqqında geniş məlumat vermişdir.  O, həm də bildirib ki, Universitas International LLC şirkəti ARPA İB ilə birgə yaxın gələcəkdə yerli şirkətlərə təlim ehtiyaclarının dəyərləndirilməsi ilə bağlı pulsuz xidmətlər təklif etmək niyyətindədir. Araz Paşayev, o cümlədən, iştirakçıların suallarını  cavablandıraraq,  şəxsi təcrübəsi ilə də onlarla bölüşmüşdür.

Ən sərfəli kredit üçün müraciət et

Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.