ARPA “Sığortanın əsas konsepsiyaları və tələblər” adlı seminar keçirtdi | Banco.az

ARPA “Sığortanın əsas konsepsiyaları və tələblər” adlı seminar keçirtdi

4 May 2018-ci ildə Azərbaycan Mühasiblər Risk Peşəkarları Assosiyasiyasında (ARPA) “Sığortanın əsas konsepsiyaları və tələblər”adlı seminar keçirilib.  Seminarın təlimçisi, sığorta şirkətinin əməkdaşı  Zinyət Məmmədova idi.

Seminarda Azərbaycan  Mühasiblər və Risk Peşəkarları Assosiasiyasına (ARPA) üzv təşkilatların  əməkdaşları iştirak edib.

İştirakçılar  dünya sığorta sənayesi haqda təməl konsepsiyalarını müzakirə edib,sığorta sistemi ilə bağlı Şərq, Avropa və Amerika modellərini, sığorta ilə bağlı gələcək trendləri və Azərbaycan və xarici sığorta sisteminə müqayisəli yanaşması haqqında fikir mübadiləsi aparıblar.

Ən sərfəli kredit üçün müraciət et


Qeyd etmək istərdik ki, Azərbaycan Mühasiblər və Risk Peşəkarları Assosiasiyası İctimai Birliyi ölkədə maliyyə və idarəetmə sahəsində, xüsusilə mühasibatlıq və risklərin  idarə olunması istiqamətində peşəkar yanaşmaların tətbiqinə təkan və bu yolla Azərbaycanda iqtisadiyyatın dayanıqlı inkişafına töhfə vermək məqsədi ilə 19 mart 2009-cu ildə təsis edilmişdir. ARPA İB-nin 1000-dən çox  fərdi, 12  korporativ üzvü vardır.

Ən sərfəli krediti almaq üçün müraciət et