Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirir | Banco.az

Mərkəzi Bank "Novruz xonçası" adlı maarifləndirici tədbir keçirir

Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin “Maliyyə bazarı iştirakçılarının bilik və bacarıqlarının artırılması” sərlövhəli 5-ci strateji hədəfinin icrası çərçivəsində Mərkəzi Mərkəzi bankdan banco.az-a verilən məlumata görə, bank ölkədə maliyyə savadlılığı səviyyəsinin artırılması məqsədilə bir sıra tədbirlər həyata keçirir. Bunlardan biri də Novruz Bayramı ərəfəsində artıq ikinci ildir ki, təşkil edilən “Novruz xonçası” tədbiridir. Maarifləndirici təbliğat xarakteri daşıyan tədbir 12 mart 2018-ci il tarixindən etibarən 2 saylı Bakı “ASAN Kommunal” mərkəzində (Bakı Dəmir Yolu Vağzalının 2-ci mərtəbəsi) keçirilir.

Tədbir ərzində maliyyə savadlılığının əhali arasında ictimai dəyər kimi tanınması təmin olunur, müvafiq maarifləndirici bukletlər paylanılır, eyni zamanda, ödəniş kartları və nağdsız ödənişlərin əhəmiyyəti haqqında əhaliyə ətraflı məlumatlar verilir. Mərkəzi Bankın “Maliyyə savadlılığı” köşkündə nümayiş etdirilən elektron resurslar, bank məhsul və xidmətləri haqqında maarifləndirici animasiyalar əhali arasında xüsusi maraq doğurur. Tədbirə qatılanlara Mərkəzi Bankın məlumatlandırıcı promo materialları, həmçinin bayram şirniyyatları paylanılır.

Ən sərfəli kredit üçün müraciət et

Xatırladırıq ki, “Novruz xonçası” tədbiri 16 mart 2018-ci il tarixinədək davam edəcəkdir. Mərkəzi Bank “Azərbaycan Respublikasında maliyyə xidmətlərinin inkişafına dair Strateji Yol Xəritəsi”nin icrası ilə əlaqədar cari təşəbbüslərini genişləndirərək, əsas hədəf qruplarına istiqamətlənmiş tədbirləri bundan sonra da həyata keçirəcəkdir.

Ən sərfəli krediti almaq üçün müraciət et