Çin alimləri 6-cı nəsil rabitə standartı üzərində işə başlayıblar.
Bu barədə Çinin Sənaye və İnformasiyalaşdırma naziri Myao Vey bildirib.
Onun sözlərinə görə, Çin alimləri ötən ilin sonunda yeni 6G sahəsində işlərə başlayıb.
Nazir vurğulayıb ki, “Əşyalar interneti"nin inkişafı mobil rabitə texnologiyaları imkanlarının genişləndirilməsi ilə eyni vaxtda həyata keçirilməlidir.
Onu da bildirək ki, Çin hazırda 5G rabitə standartı texnologiyası üzərində aktiv iş aparır. Ən böyük yerli operatorlar öz tərəfdaşları ilə birgə beşinci nəsil rabitə standartı üçün əsas stansiya və müxtəlif qurğuları sınaqdan keçirirlər.
Xeberler.az