"Bank sektorunda likvid aktivlər 7 mlrd. manata yaxınlaşıb" - MBNP | Banco.az

"Bank sektorunda likvid aktivlər 7 mlrd. manata yaxınlaşıb" - MBNP

Hazırda Azərbaycanın bank sektorunda likvid aktivlər 6,7 mlrd. manatdır ki, bu da ümumi aktivlərin 24%-ni təşkil edir. 

Bunu Maliyyə Bazarlarına Nəzarət Palatasının (MBNP) baş icraçı direktorunun müavini, qurumun Staretji xidmətlər Departamentinin direktoru Asim Zülfüqarov deyib. 

Bundan başqa, onun sözlərinə görə, sektorda kapital artımı davam edir: "Hazırda Palataya 400 mln.a yaxın artımla bağlı müraciətlər var. Baxmayaraq ki, ölkədəki 30 bankdan 11-i zərərlə işləyir".

Report.az