1,65 milyon dollarlıq SOCAR İstiqrazı satılıb | Banco.az

1,65 milyon dollarlıq SOCAR İstiqrazı satılıb

Azərbaycanın qiymətli kağızlar bazarında 19-23 fevral tarixlərində SOCAR İstiqrazları üzrə 1,65 milyon dollarlıq əməliyyat aparılıb. İstiqrazların marketmeykeri «PSG Kapital» şirkətinin banco.az-a verdiyi məlumatına görə, ötən həftə təkrar bazarda 1 644 istiqraz alınıb-satılıb. Ötən həftə bazarda satılan istiqrazların böyük hissəsi fiziki şəxslər tərəfindən alınıb. İstiqrazların orta qiyməti 1 005,05 dollar olub. 

 

2018-ci ildə SOCAR İstiqrazları ilə 11,9 milyon dollarlıq əməliyyat aparılıb.

Ən sərfəli kredit üçün müraciət et

Dövriyyəyə buraxıldıqdan indiyədək SOCAR İstiqrazları ilə aparılan əməliyyatların həcmi 134,6 milyon dollar təşkil edir.

 

Xatırladaq ki, SOCAR-ın daxili bazar üçün nəzərdə tutulan SOCAR İstiqrazları 2016-cı ilin oktyabrında buraxılıb. İstiqrazların nominal qiyməti 1000 dollar, illik gəlirliyi 5%-dir. İstiqraz buraxılışınını marketmeykeri “PSG Kapital” şirkətidir. 

SOCAR-ın geri alma zəmanəti ilə istiqazları istənilən vaxt əldə etmək və ya satıb nağd pula çevirmək mümkündür.