Kriptovalyutalara qadağa ənənəsinə qoşulan sonuncu bank Kanadada yerləşən “Toronto-Dominion” (TD) olub.
“The Globe and Mail” qəzetinin xəbərinə görə, bank müştərilərinə yolladığı elektron məktubda kredit kartıyla kriptovalyuta satın almağın qadağan edildiyini bildirib.
Bank bu qərarıyla Kanadada kriptovalyutalara qadağa qoyan ilk bank kimi qeydə alınıb.
Bankan mövzu ilə bağlı açıqlama verilib. Bankın əməkdaşları müştəriləri və bankın özünü qorumaq məqsədilə nəzarət etdiyi siyasəti və təhlükəsizlik tədbirlərini davamlı olaraq gözdən keçirdiyini qeyd edib.
Digər tərəfdən, kriptovalyutaları qadağan etmək dünya bankları üçün hobbi halını alıb. Qadağa trendini əvvəlcə ABŞ bankları başladıb. “P Morgan Chase”, “Bank of America” və “Citigroup” fevralın 3-də verdikləri qərarı ictimaiyyətə elan ediblər. Daha sonra İngiltərənin “Lloyds Banking Group” bankı oxşar addım atdı. Həmçinin, Avstraliyanın “Virgin Money” və digər ölkələrdəki müvafiq banklar analoji qərarla yadda qaldılar.
Bununla yanaşı, “Royal Bank of Canada”-dan verilən açıqlamada həm debet, həm də kredit kartları ilə kriptovalyuta ticarətinə icazə veriləcəyi bildirilib. Bank qiymət dəyişkənliyi riskinin müştəriləri ödəyə biləcəyindən daha çox borca sala biləcəyini vurğulayıb.
Kanadanın tamamilə kriptovalyutalara qarşı taamamilə qadağa siyasəti yürütdüyünü demək yanlış olar. Kanada Qiymətli Kağızlar Birjası 2 həftə əvvəl blockchain əsaslı qiymətli kağızlar dəyişdirmə və yerləşdirmə platforması quracağını açıqlayıb. Platformadan istifadə edən şirkətlərin fond birjası tərəfindən tamamilə hüquqi qiymətli kağızlar tokenləriylə maliyyələşdirilə biləcəyi bildirilib.
Bunlar da maraqlıdır:
Pulsuz Bitcoin necə qazanılır?
Birja işində bilməli olduğunuz 15 anlayış
Bitcoin nədir - sadə dildə izahat
Blockchain nədir - sadə dildə izahat
Ethereum nədir: Bitcoin-in taxtını əlindən alacaqmı?
Bitcoin və digər kriptovalyutalar haqqında daha ətraflı saytımızın Kriptovalyutalar bölməsindən məlumat əldə edə bilərsiniz.