Bank Avrasiya
Marketinq və reklam üzrə mütəxəssis
Vakansiya haqqında məlumat:
Namizədlər üçün irəli sürülən tələblər:
- Ali iqtisadi, marketinq və ya biznes idarəçiliyi üzrə təhsil
- Ən azı 3 il bu sahədə iş təcrübə
- Azərbaycan və Rus dillərini mükəmməl bilmək
- İngilis dilini yüksək dərəcədə bilmək
- MS Office proqramlarının bilikləri
- Yaradıcılıq bacarığı
- Məsuliyyət, düzgünlük, dəqiqlik və etibarlılıq kimi müsbət göstəricilərə sahib olmaq
- Yüksək ünsiyyətqurmavə komandada işləmək bacarığı
İşin təsviri:
- Bankın PR və marketinq strategiyasının müəyyən edilməsində və həyata keçirilməsində iştiraki;
- Maliyyə bazarının, bankın mövcud məhsul və xidmətlərinin daima təhlil edilməsi;
- Marketinq kampaniyalarının hazırlanmasında və tətbiqində iştiraki;
- KİV-lə aktiv işləməsi, mətbuat tədbirlərinin təşkil edilməsi;
- Yaradılan yeni məhsulların təbliğatı üsullarının müəyyənləşdirilməsi və həyata keçirilməsi;
- Nəşriyyat materiallarının nümunələrinin hazırlanması və sifarişi;
- Bankın imicinin və məhsullarının tanınmasına yönəlmiş reklam kampaniyalarının səmərəliliyinin qiymətləndirilməsi;
- Bankın İnternet səhifələrində məlumatların yeniləşməsinin təşkil edilməsi.
Xahiş olunur yalnız “Bank Avrasiya” ASC-ninCV formasını doldurub[email protected] ünvanına göndərəsiniz və yaONLINE CV-ni doldurasınız.
CV-ni göndərərkən email-ın mövzu hissəsində Marketinq və reklam üzrə mütəxəssisvəzifəsini qeyd etməyinizxahiş olunur, əks halda CV-lər qəbul edilməyəcək.