Bank Avrasiya
“Bank Avrasiya” ASC Azərbaycan Respublikası Mərkəzi Bankının 28 noyabr 2007-ci il tarixli, 251 saylı “Bank fəaliyyətinin həyata keçirilməsi barədə bank lisenziyası” əsasında fəaliyyət göstərir.
“Bank Avrasiya” ASC-nin vizionu onu Respublikanın regional mərkəzlərində yerləşən satış şəbəkəsi vasitəsi ilə kiçik və orta biznesə, habelə əhalinin yuxarı və orta gəlirli təbəqəsinə bütün növ bank xidmətləri göstərən aparıcı universal bank etməkdir.
“Bank Avrasiya” ASC-nin missiyası daima inkişaf edən və motivə olunan komandası ilə geniş çeşidli bank xidmətlərini hər bir müştəri üçün sərfəli paket formasında təklif etməkdən və cəmiyyətin inkişafına sosial layihələrin maliyyələşdirilməsi vasitəsi ilə dəstək verməkdən ibarətdir.
Korporativ dəyərlərimiz
Bank öz biznes fəlsəfəsini aşağıdakı vacib korporativ dəyərlər üzərində formalaşdırmışdır:
- Bütövlük;
- Müştəriyə fokuslaşma;
- İnnovativlik;
- İntizamlılıq;
- Komanda ilə işləmək;
- Maraqlı tərəflərə hörmət.
Missiya bəyannaməsi
- İşçiyə münasibətdə
Bankın yuxarı menecmenti növbəti strateji dövrdə də işçi heyətini daima diqqətdə saxlayacaq, onlara daimi və məqsədli investisiyalar qoyacaq, öz potensiallarının reallaşması üçün yuxarıdan aşağı səlahiyyət bölgüsünü təkmilləşdirəcək və nəticəyə əsaslanan motivasiya sistemlərinin tətbiqini davam edəcəkdir.
- Müştəriyə münasibətdə
Bank bu strateji dövrdən başlayaraq, müştəri seqmentasiyası əsasında hər bir müştəri qrupu üçün innovativ xidmətlər paketi yaradacaq və hər bir müştəriyə daha rəqabət qabiliyyətli fərdi xidmət təqdim edəcəkdir.
- Cəmiyyətə münasibətdə
Bank korporativ sosial məsuliyyətini dərk edərək, cəmiyyətin sosial həyatında aktiv iştirak etməyə başlayacaq, milli dəyərlər və əhalinin maliyyə xidmətləri savadlanması istiqamətində həyata keçirilən sosial layihələrə dəstək verməyə başlayacaqdır. Bu tədbirlər cəmiyyətin inkişafı ilə yanaşı, bu strateji plan yazılan günə bazarda o qədər də tanınmayan Bankın daha yaxşı tanınmasına və imicinin yaxşılaşdırılmasına xidmət etmiş olacaqdır.
“Bank Avrasiya” ASC-nin üzv olduğu sistem və təşkilatlar:
- Azəricard
- Əmanətlərin Sığortalanması Fondu (dekabr, 2007);
- XÖHKS – Xırda Ödənişlər üzrə Hesablaşma Klirinq Sistemi (yanvar, 2008);
- Sahibkarlığa Kömək Milli Fondu (fevral, 2008);
- Bakı Banklararası Valyuta Birjası (iyun, 2008);
- SWIFT – Beynəlxalq Banklararası İnformasiyaların Ötürülməsi və Ödənişlər Sistemi (iyun, 2008);
- AZIPS – Real Vaxt Rejimində Banklararası Hesablaşmalar Sistemi (iyul, 2008);
- “MasterCard İnternational” Beynəlxalq Ödəniş Sistemi (avqust, 2008);
- Azərbaycan Banklar Assosiasiyası (fevral, 2009);
- Azərbaycan İpoteka Fondu (may, 2009);
- Bankers Almanac (may, 2009);
- ARPA – Azərbaycan Risk Peşəkarları Assosiasiyası (yanvar, 2010);
- “Visa İnternational” Beynəlxalq Ödəniş Sistemi (sentyabr, 2013).
Ünvan | Bakı şəhəri, AZ1000, Nizami küçəsi, 112B |
Telefon | (012) 598 85 85 |
Filialı | 3 |
Bankomatlar | 17 |
Sayt | www.bankavrasiya.az |
E-poçt | [email protected] |
CEO | Kərimov Rüfət Fuad oğlu |
Bankın tam adı: "Bank Avrasiya" Açıq Səhmdar Cəmiyyəti
Bankın qısa adı: "Bank Avrasiya" ASC
Hüquqi ünvan: Azərbaycan, Bakı şəhəri, AZ1000, Nizami küçəsi, 112B
Rekvizitlər: Azərbaycan Respublikası Mərkəzi Bankında
m/h(AZIPS) AZ48NABZ01350100000000072944
KOD 505129
VÖEN 1700792251
SWIFT AVRAAZ22
Telefon: (+99412) 598 85 85
Faks: (+99412) 598 03 07
E-mail: [email protected]
Veb ünvan: www.bankavrasiya.az