Bank Respublika-da yeni TƏYİNAT | Banco.az

Bank Respublika-da yeni TƏYİNAT

Banco.az-ın əldə etdiyi eksklyuziv məlumata görə Bank Respublika-da yeni təyinat olub.

Belə ki, İlkin Zeynallı Bank Respublika-nın İnsan Resursları Departamentinin direktoru təyin olunub. O, daha əvvəl digər bankların birində İnsan Resursları Departamentinin direktoru vəzifəsində çalışıb. 

Ən sərfəli kredit üçün müraciət et

Bank-dan məlumatı Banco.az-a təsdiq ediblər. Bildirilib ki, Bank Respublika yeni inkişaf strategiyasına uyğun olaraq öz kadrlarını gücləndirir.

İlkin Zeynallı 2001-2005-ci ildə Azərbaycan Neft və Sənaye Universitetində ali təhsil alıb və fəlsəfə elmləri doktorudur. 

Ən sərfəli krediti almaq üçün müraciət et