Əgər bir şirkət yaratmağı düşünürsünüzsə bu bir tort bişirməyə bənzəyir. Bütün komponentlər düzgün tarazlaşdırılmalıdır. (Elon Musk)
Son illərdə biznes qurmaq demək olarki adət halına çevrilib. İnsanlar artıq öz şəxsi ideyalarını gerçəkləşdirməyə doğru inamla irəliləyirlər. Şəxsi biznesin qurulması sahibkarların gələcək həyatlarında köklü dəyişikliklərə yol açacaq bir fürsət olduğunu qeyd etmək lazımdır. Lakin yeni qurulan müəssisələrin üzləşdiyi problemlərdən ən önəmlisi maliyyə idarəçiliyi ilə bağlıdır. Qeyd etmək lazımdır ki, hər kiçik biznesin ən vacib komponenti onların maliyyələşdirilməsidir. Bu yazımda qeyd edəcəyim addımlar, bir iş qurarkən tez-tez baş verəcək maliyyə problemlərinin aradan qalxmasına yardımçı olacaqdır.
Büdcənizə qənaət edin və pul ehtiyatınızı qoruyun.
Biznesə başlamağa qərar verməzdən öncə, xərclərinizi ödəmək üçün kifayət qədər pul ehtiyatınız olduğuna əmin olun və gəlirinizin gəlməsini gözləməyə tələsməyin.
Şəxsi xərcləriniz daxil olmaqla aylıq bütün xərclərinizi biznesdən kənarda saxlayın. Əgər başqa bir işdən gəliriniz varsa, çalışın bütün xərclərinizi bu işdən əldə etdiyiniz gəlirlərlə bağlayın və hətta kiçik bir hisəsini yeni qurduğunuz biznesə də ayıra bilərsiniz. Belə olduğu halda büdcənizi bir qədər də olsa qorumuş olacaqsınız.
Borclarınızı minimallaşdırın.
Biznesdə maliyyə deyiriksə kreditdən danışmasaq yazımız öz nəticəsini tapmaya bilər. Bir çox borclar biznesə başlamazdan əvvəl sizin sahibkarlıq fəaliyyətinizə zərər vura bilər. Onlar, həmçinin, sizin şəxsi kapitalınızın biznesinizə sərf etməyi məhdudlaşdıran vasitədir. Borcun olması sizin sahibkarlıq fəaliyyətinizə maneə olmur, lakin bu potensial investorları şirkətinizə sərmayə yatırmaqda imtina edə bilər, çünki bəzi şirkətlər tərəfdaşlıq etməzdən əvvəl kredit istintaqı aparırlar. Biznesinizin pul vəsaitlərini təhlükəyə ata biləcək hər hansı kredit borclarınızı mütləq aradan qaldırmalısınız.
Lazımsız xərclərdən yayının.
Yeni işinizə başlamısınızsa lazımsız xərclərin və yatırımların qarşısınız almalısınız. Başlanğıcda büdcənizə qənaət etmək üçün göz oxşayan ofis və bahalı kompüter (proqramlar daxil olmaqla) yayınmanız gərəkən bir sıra ümumi tələblər var.
Bir sözlə, aşağı keyfiyyətli məhsul üçün yüksək gəlirlər xərcləməyin.
Maliyyə məsləhətləri əldə edin.
Plansız hər hansı biznesə başlamaq xəritəsiz səfərə çıxmaq kimidir. Bəzi məsləhətlər almaq vaxt və potensial cəhətdən çox adi məsələdir. Bununla belə bir çox kiçik sahibkarlar yeni bir işə başlayanda maliyyə məsləhətçisi ilə danışmaq istəmirlər və bunu lazımsız və artıq xərc kimi başa düşürlər. Amerika Kollecinin məlumatına görə, onların araşdırdığı sahibkarların 60%-i maliyyə məsləhətçisi ilə indiyədək görüşməyib.
Maliyyə məsləhətçisi biznesinizdə ilkin maliyyə investisiyalarınıza fayda verəcək təcrübəli bir şəxsdir. O, iş modelinizin qabiliyyətini qiymətləndirməyə və gəlir dövrünüzün strategiyası və zamanını müəyyənləşdirməyə kömək edə bilər. (Bu barədə növbəti yazılarımda geniş məlumat verəcəyik)
Faridhasanli.wordpress.com