Kiçik və orta Biznes kreditləri üzrə Kredit Mütəxəssisi | Banco.az
TBC Kredit

Kiçik və orta Biznes kreditləri üzrə Kredit Mütəxəssisi

Vakansiya haqqında məlumat: 

TBC Kredit - Azərbaycan bazarında 1999-cu ildən uğurlu fəaliyyət göstərən bank olmayan kredit təşkilatıdır. Təşkilat müxtəlif növ kreditlərin verilməsi sahəsində böyük təcrübəyə malikdir.
 
İşəgötürən olaraq TBC Kredit peşəkarlar komandası yaradır, onların ixtisasının artırılmasının, motivasiyasının və sosial müdafiəsinin qayğısına qalır.

Hazırda TBC Kredit BOKT Kiçik və orta Biznes kreditləri üzrə Kredit mütəxəssisi vəzifəsinə işçi qəbulu elan edir.

Öhdəliklər:

• Potensial müştərilərin axtarışı və cəlb edilməsi
• Müştərilərlə biznes görüşlərinin aparılması
• Kredit portfelini formalaşdırmaq və idarə etmək bacarığı
• Prosedur qaydaları ilə tələb olunduğu kimi kredit portfelinin yüksək keyfiyyətini saxlamaq
• Kredit məhsulları üzrə xidmətlər və onların monitorinqi
• Kredit müraciətlərinin qiymətləndirilməsi və analizi qabiliyyəti
• Müştərinin biznesinin analizi
• Cari kredit portfeli ilə işləmə

Tələblər:

• İqtisadiyyat, və ya maliyyə-kredit sahəsində ali təhsil
• Kiçik və orta biznes kreditləri sahəsində minimum 1 il iş təcrübəsi
• Yaxşı ünsiyyət, rabitə və komanda ilə işləmək bacarığı
• İşdə dəqiqlik və detallara fikir vermək qabiliyyəti
• Azərbaycan dillində sərbəst danışıq bacarığı, ingilis və rus dilində müəyyən səviyyədə biliklərə malik olanlara üstünlük veriləcək.
• Analitik düşüncə qabiliyyəti
• Biznesin maliyyə təhlilinin aparılması sahəsində biliklər

Əgər Siz də karyeranızı beynəlxalq təşkilatda başlama imkanını əldə etmək, kredit işini öyrənmək istəyirsizsə, xahiş olunur ki, CV-ləri 05 Mart 2018-ci il tarixinədək e-mail ([email protected]) vasitəsilə təqdim etsinlər.

E-məktubunuzun “mövzu” (subject) sətrində, müraciət etdiyiniz vəzifəni qeyd edin (Kiçik və orta Biznes kreditləri üzrə Kredit mütəxəssisi). Əks təqdirdə belə müraciətlilərin namizədliyinə baxılmayacaq.
Nəzərinizə çatdırırıq ki, yalnız seçilmiş namizədlərlə müsahibə üçün əlaqə saxlanılacaq.