Amerikanın ən böyük telekom operatoru AT&T 2018-ci il üçün 25 milyard dollarlıq kapital xərcləri anonsunu vermişdir. Qeyd edim ki, Amerika bazarında şirkətin əsas rəqibi sayılan Verizon operatoruda 2018-ci ildə 5G şəbəkəsinə çəkilən xərclərdə daxil olmaqla kapital xərclərinin 18 milyard dollar həcmində olacağı anonsunu vermişdir.
AT&T onun nəzərdə tutduğu 25 milyard dollarlıq kapital xərcinə 23 milyard dollar FirstNet(First Responder Network Authority)- amerikanın polis, yanğınsöndürən və fövqəladə tibbi yardım xidmətinə ayrılmış ilk genişzolaqlı şəbəkəsinin qurulması və idarəedilməsi üçün gözlənilən kompensasiya xərcləri və əlavə olaraq 1 milyard dollar isə ƏDV daxil olmaqla vergi islahatları investisiya xərci daxildir.
“AT&T”nin sədri və baş icraçı direktoru Randal Stefenson(Randall Stephenson) ABŞ-ın bütün ştatlarında milli miqyasda sənayenin ən son toxnologiyalarına əsaslanan öz sinfində ən yaxşı ictimai təhlükəsiz şəbəkəni quracaqlarından qürur hissi keçirdiklərini dilə gətirmişdir.
Qeyd edim ki, AT&T-nin gəlirləri 2017-ci ildə bir qədər aşağı düşmüşdür. Belə ki, operatorun 2016-cı ildə gəliri 163,8 milyard dollar olduğu halda 2017-ci ildə gəliri 160,5 milyard dollar təşkil etmişdir. ABŞ bazarında onun rəqibləri T-Mobile və Sprint operatorları Netflix və Hulu video servislərinin pulsuz yayımından sonra rəqabət daha da dərinləşmişdir. Operator DirectTV peyk operatorunu satın aldıqdan sonra daxili bazarda rəqiblərini geridə qoymaq üçün daha keyfiyyətli xidmətlər təklif etməyə başlamışdır. OTT bazarındada Comcast, Altice operatorları ilə güclü rəqabətin gedəcəyini ekspertlər söyləyirlər.
digitalazerbaijan.az