"Bank of Baku" gəlirinin böyük hissəsini ehtiyata ayırıb - HESABAT | Banco.az

"Bank of Baku" gəlirinin böyük hissəsini ehtiyata ayırıb - HESABAT

Bank of Baku 2017-ci il 31 dekabr tarixinə olan maliyyə nəticələrini açıqlayıb.

Sözügedən dövrə, bankın cəmi aktivləri 399,860 mln. manat olub.  Öhdəlikləri isə 363,273 mln. manat təşkil edib. Bankın kredit portfeli 197,695 mln. manat, müştərilər tərəfindən bankda yerləşdirilən depozitlərin həcmi isə 241,743 mln. manat təşkil edib. Banklar da daxil olmaqla maliyyə müəssisələrindəki depozitlər və kreditləri 40,076 mln. manat, qiymətli kağızlar portfeli 54, 632 mln. manat təşkil edib. Bankın cəmi kapitalı 36,587 mln. manat həcmindədir.

Bank of Baku ötən il ərzində 30,656 mln. manat xalis faiz gəliri əldə edib. Bank mümkün zərərlərin ödənilməsi üçün yaradılan xüsusi ehtiyatlara 41,517 mln. manat ayırıb. Bu isə bankın aktivlər üzrə itkilərini sığortalamaq üçün ehtiyatlarını artırdığını göstərir. Nəticədə, bank gəlirinin böyük hissəsi ilə ehtiyat yaradaraq, ili 35 mln. manat zərərlə başa vurub.

Ən sərfəli kredit üçün müraciət et