"AccessBank"dan "Bank Respublika"ya transfer - TƏYİNAT | Banco.az

"AccessBank"dan "Bank Respublika"ya transfer - TƏYİNAT

Bank Respublika-da yeni təyinat olub.

Belə ki, AccessBank-ın keçmiş nümayəndəsi Çingiz Əsədov Bank Respublika-da yeni vəzifəyə təyin olunub. O, Bankda Marketinq Kommunikasiyaları üzrə menecer (Marketing Communications Manager) vəzifəsini fevral ayının 1-dən icra etməyə başlayacaq.

Ən sərfəli kredit üçün müraciət et

Çingiz Əsədov tanınmış marketoloqlardan biridir. O, uzun müddət AccessBank-da Marketinq Departamentində baş mütəxəssis vəzifəsində çalışıb və həmin bankda 7 illik təcrübəyə malikdir. O, həmçinin, Bakı Fond Birjasında da çalışıb.

Ən sərfəli krediti almaq üçün müraciət et