Hər marketoloqun MÜTLƏQ baxmalı olduğu 5 mükəmməl film – Siyahı + Video | Banco.az

Hər marketoloqun MÜTLƏQ baxmalı olduğu 5 mükəmməl film – Siyahı + Video

İş prosesində yaşanan stress, fikir ayrılığı, eniş və çıxışlar marketoloqların əsl həyat tərzinə çevrilib.

Belə bir dünyada siz marketoloqlar üçün bəlkə də ən böyük motivasiya qaynağı filmlərdir. Əgər bos zamanınız olan kimi “Bu gün hansı filmi izləyim?” deyirsinizsə, bu yazı Sizə görədir.

- “Thank You For Smoking” | Imdb Reytinqi: 7.6

Filmin süjetində böyük firmalar üçün lobbiçilik edən Nick Naylor həyatını siqareti istehsal və istifadə edərək qazanır. O, həm məhsulun populyarlaşmasına nail olmalı, həm də 12 yaşında olan övladına nümunəvi ata modeli yaratmaq məcburiyyətindədir. İnandıqlarınızı müdafiə etməyi bacarırsınızsa, qarşınızdakı ən çətin labirintlərdən də üzü ağ çıxa bilərsiniz. İnanın və cəhd etməyə davam edin.

- “The Pursuit Of Happyness”| Imdb Reytinqi 8,0

“The Pursuit of Happyness”in süjeti real həyatdan alınıb. Filmin baş qəhrəmanı əfsanəvi aktyor Will Smithdir. Kinoda Kristofer Gardner obrazını canlandırdığı aktyor həyat yoldaşı tərəfindən atılıb, işsizdir. Onun, həm maddi, həm də mənəvi qayğı göstərməli olduğu balaca oğlu da vardır. Daim mübarizə aparmağın nəticəsi olacağına inanan Kristofer balaca oğluna deyir: “Anan sənin soruşduğun kimi sənə görə deyil, zəif olduğu üçün bizi atıb getdi. O, zəif qadındır!”. Düşünürük ki, səbrin də önəmli faktor olduğunu vurğulayan film marketoloqlar üçün də əsl motivasiya olacaq.

- “MoneyBall” | Imdb Reytinqi: 7.6

Ən sərfəli kredit üçün müraciət et

Marketoloqların ən böyük problemi şübhəsiz ki, büdcə ilə bağlıdır. Əbəs deyil ki, tez-tez marketoloqlardan bu sözləri eşidirik “Bizə onlara ayırdıqları qədər büdcə versələr idilər, nələr edərdik”. Amma reallıqda isə marketoloqlar daha az büdcə ilə keyfiyyətli iş ortaya qoymalı olurlar. “MoneyBall” filmin də süjeti real həyatdan alınılıb. Amerikanların ən sevdiyi oyunlardan biri olan beyzbol haqqında olan filmdir. Amma bu filmdə danışılan həll yollarını işinizdə tətbiq etməklə uğurlu nəticələr əldə edə bilərsiniz.

- “Silicon Valley” | Imdb Reytinqi: 8.4

Filmdə dünyanın heç bir coğrafi xəritəsində əks olunmayan, lakin bununla yanaşı, yüksək kompyuter texnologiyaları və vençur kapitalının mərkəzi rəmzinə çevrilən ABŞ-ın Silikon (silisium) Vadisindən bəhs edilir. Filmdə tez-tez Stiv Cobs, Wozniak kimi adlara rast gələcəksiniz.

- Jobs | Imdb Reytinqi: 5.9

Filmdə bu suallara cavab tapacaqsınız: Məhsul onu ərsəyə gətirən şəxsə mənsubdur?, Fikir kimin ağlına ilk gəlirsə onundur?, Məhsul onu sata bilən şəxsə aid ola bilərmi? Filmdə “Apple”ın CEO-su Stiv Cobs obrazında Ashton Kutcheri görürük. Düşünürük ki, film sırf satış və marketinq sektorunda olan insanlar üçün maraqlı olacaq. Çünki filmdə hadisələr asta templə cərəyan edir.

Facemark.az