Son 9 ayda Rusiyada dollar ilk dəfə 55 rubla qədər ucuzlaşıb | Banco.az

Son 9 ayda Rusiyada dollar ilk dəfə 55 rubla qədər ucuzlaşıb

Moskva Banklararası Valyuta Birjasında BŞ dollarının məzənnəsi ötən il aprelin 25-dən bəri ilk dəfə 56 rubldan aşağı düşüb. 

"Report" Rusiya mətbuatına istinadən xəbər verir ki, buna səbəb Amerika valyutasının qlobal səviyyədə kəskin ucuzlaşması olub.

Qeyd edək ki, dollar ABŞ-ın maliyyə naziri Stiven Mnuçinin açıqlamalarından sonra son 3 il üzrə rekord həddə dəyər itirib. Xatırladaq ki, amerikalı nazir ucuz dolların ölkə iqtisadiyyatına faydasını vurğulayıb.

Ən sərfəli kredit üçün müraciət et

Bununla belə, Rusiyada dolların ucuzlaşması həm də dünya bazarlarında "Brent" markalı neftin qiymətinin 71 dollar/barel səviyyəsini ötməsi ilə izah olunur. Qeyd edək ki, qonşu ölkədə dolları ən aşağı qiymətə 2014-cü ilin iqtisadi böhranından sonra - 55,72 rubla alınıb-satılıb. Hazırda isə qiymət 55,82 rubl təşkil edir. 

"Report"u analitik qrupu Rusiyada dolların 54 rubla qədər ucuzlaşa biləcəyini istisna etmir.

Ən sərfəli krediti almaq üçün müraciət et