Dollar indeksi, üç ildən uzun bir müddətin ən aşağı səviyyəsini görüb. Avro və funt-sterlinqdə, Avropadakı siyasi proseslər ilə ötən həftə başlayan yüksəliş sürür.
"Marja" xəbər verir ki, Dolların böyük pullar qarşısındakı vəziyyətini göstərən Dollar İndeksi, Bazar ertəsi günü 0.45 faizə qədər düşüb və 90,45 olub (Bakı vaxtı ilə saat 14:20-yə olan məlumat).
İlin əvvəlindən bu yana 1.6 faiz düşən Dollar İndeksi, bu gün avronun dollar qarşısında 0.6% dəyər qazanaraq 1.2275-ə çıxması ilə daha da geriləyib. İndeks son 1 ildə isə 11% düşüb.
Avro, Almaniya kansleri Angela Merkelin koalisiya hökumətinin qurulmasına dair danışıqlarda uğurlu olmasının ardından ötən həftə dollar qarşısında üç ilin ən yüksək səviyyəsini görmüşdü.