Bir reklama görə 68 ölkədəki ixracatından olan marka - Video | Banco.az

Bir reklama görə 68 ölkədəki ixracatından olan marka - Video

Sözün əsl mənasında “bəxtsiz” markalar seriyasında bir zamanların tekstil nəhəngi olan “Wenice Kids” də var.

Türkiyənin xaricə açılan il uşaq geyim markası olmaqla məşhur olan “Wenice Kids”in təməli 1993-cü ildə İstanbul Laləlidə qurulan “Kuşam Tekstil”ə söykənir.

Facemark.az Pazarlamasyon.com-a istinadən xəbər verir ki, “Kuşam Tekstil”in bir markası olaraq uşaq geyim sektorunda bir zamanların nəhəngi olan bu marka, şirkətin 12%-lik səhminə sahib olan Oktay Özdemirin gəlişi ilə daha da güclənmişdi.

Özəlliklə 2008-2010-cu illər arasında sürətlə inkişaf edən marka Türkiyə ilə yanaşı, xaricdə də mağazaların sayını artırmışdır. Beləliklə, onun ölkə xaricindəki mağazalarının sayı 512-ə çatmışdı.

“Wenice Kids” İngiltərə, Almaniya, Fransa, İtaliya, Türkiyə də daxil olmaqla 68 ölkədəki 480 mağazası və 1250 satış nöqtəsi ilə uşaq geyim sektorunda önəmli marka halına gəlmişdi. Şirkət uğur nərdivanlarında sürətlə addımlayırdı. Hətta o zamanlar şirkətin İngiltərənin uşaq geyim markası olan “Adams Kids”i almağı məsələsi gündəmdə idi.

2010-cu ildə şirkətin hədəfləri arasında dünyada uşaq geyimləri sektorunda ən çox mağazaya sahib olan marka halına gəlmək də var idi.

Markanın təklif etdiyi uşaq geyimləri qiymət baxımından da hər cibə münasib idi. Hətta, Çin bazarında bu markanın məhsullarını təqlid etməyə başlamışdılar.

Münasib qiymət startegiyasına sadiq qalan şirkət ucuz və keyfiyyətli məhsullar istehsal edir və ailələrə də uşaq geyimlərinə daha çox pul xərclənilməsinin mənasız olduğunu aşılayırdı. Şirkət o dövrdə elə bu konsepsiyanı əsas götürərək reklam çarxı hazırlamışdı.

Ən sərfəli kredit üçün müraciət et

Uşaq istismarına son sloqanı ilə yayınladıqları videoda qaranlıq atmosferdə “əl qədər əlbisəyə 55 lirə, ayaq boyda şalvara 45 lirə istəyən markalara qarşı “Wenice Kids” var deyən marka hər nə qədər reklam markanın məhsullarının münasib qiymətə olduğunu ifadə etmək üçün çəkilmiş olsa da, insanlar tərəfindən tərs qarşılanmışdı.

İnsanlar bildirirdilər ki, şirkət belə bir ciddi mövzunu çox bəsitləşdirib. Bu, uşaq geyimlərini yüksək qiymətlərlə satan şirkətlərə qarşı edilən həmlədir.

Çox keçmədi ki, şirkətin məsələ ilə əlaqədar açıqlaması yayımlandı və videonu yayımdan qaldırmadılar.

Sürətli inkişaf və alınan yanlış qərarların gətirdiyi bəzi mənfi nəticələr şirkətin maliyyə çətinlikləri yaşamasına səbəb olmuşdu.

Bazardakı adına görə, onun 49%-lik səhmini Hollandiya şirkəti “WncKids Holding” alır. Bundan sonra, şirkət uğurlarının sirrini Lalelidən Amsterdam olaraq ifadə edirdi. Ancaq xarici sərmayənin gətirdiyi “isti pullar” şirkəti sadəcə bir il ayaqda tuta biləcəkdi.

Şirkətin iflası təxirə salmaq üçün hazırladığı “marketinq planı” da məhkəməni qane etməmişdi.

Şirkətin anbarından 70 yük maşınında mal qaçırıldığı, saxta satış qəbzləri ilə qiymətlərin şişirildiyi və piştaxtada görünən məhsulların əslində həqiqətdə var olmadığı iddiaları qaldırıldı. “Wenice Kids” çətin dövrlərini yaşayırdı.

İflas etdiyi 2012-ci ilə qədər onun mağazalarının sayı 512-dən 30-a enmişdi. Beləliklə, 2012-ci il bəlkə də o dövr üçün ən uğurlu sayılacaq uşaq geyim markası “Wenice Kids” üçün iflas ili oldu.