Kriptovalyuta bazarı yenidən yüksəlişdə: 621 milyard dollarlıq bazar həcmi | Banco.az

Kriptovalyuta bazarı yenidən yüksəlişdə: 621 milyard dollarlıq bazar həcmi

Keçən həftələr ərzində gözlənilməz şəkildə qiymət enişi yaşayan Bitcoin 15.38 faiz artıb. Bundan sonra kriptovalyuta bazarının həcmi 621 milyard dollara çatıb.

Kriptovalyuta vahidləri 31 milyard dollar artıb, bu da ümumi artım tendensiyası ilə müşayiət olunur.

Kriptovalyuta bazarında günlük dəyişmələr

Hal-hazırda bazarda ən yüksək həcmə sahib vahidlərin gündəlik dəyişikliyi belədir:

Bitcoin-in artıb-azalmasının səbəbləri

Ən sərfəli kredit üçün müraciət et

Kriptovalyuta vahidlərindən ən məşhuru olan Bitcoin-in artıb-azalmasının əsas səbəblərindən biri tələb və təklif qanunudur. Bundan savayı, digər faktorlar da müəəyyən təsir effekti yaradır.

Tələb və təklif balanssızlığından danışdıqda ilk öncə bunları demək gərəkdir. Daha çox insanın Bitcoin almaq istəyi onun qiymətinin atmasına zəmin yaradır. Çoxluqla Bitcoin satmaq istəyi isə əks nəticə verəcək.

Əlavə faktorlardan danışarkən bunları qeyd etmək lazımdır:

  • Qlobal tədbirlər
  • Kiber hücumlar
  • Hüquqi inkişaflar
  • Hökumət siyasətləri

Bitcoin daim yuxarı və ya aşağıya doğru dəyişir. Buna görə, bu sahəyə sərmayə qoyanlar bazarı təqib etməlidirlər.

Mənbə; kripto.az