Bitcoin bazarı “LedgerX”-in məlumatına görə, bir investor təxminən 1 milyon dollarlıq Bitcoin variantlarına sərmayə qoyub.
Mərcə görə, gələn ilin dekabr ayında Bitcoin-in qiyməti 50 min dollardan az olarsa, investor qoyduğu pulları itirəcək. Əks təqdirdə, 275 Bitcoin satın almaq haqqına sahib olacaq və bu da 13.8 milyon dollar edir.
Mərcin uğur qazanma potensialı yüksəkdir. Bəzi investorlar sonda Bitcoin-in 1 milyon dollara yüksələcəyini iddia edirlər.
“LedgerX”-in CEO-su Paul Çou variantları təyin edən insanları açıqlayaraq pul qoyanın şirkət olduğunu bildirib:
“Şübhəsiz, bu cür ticarət aparan təşkilatlar var. Mərc edən fərd deyil, bir təşkilatdır”.
Ən sərfəli kredit üçün müraciət et
Spekulyasiya, yoxsa sabitlik?
Törəmələrin daxil edilməsi Bitcoin bazarı üçün xüsusi üstünlükdür. “UbiquiCoin” CEO-su Ceff Mahoni “Cointelegraph“-a bunları söyləyib:
“Daha çox institusional investorların bazara daxil olmasına imkan verdiyi və qiymət sabitliyini artırdığı üçün bu cür bazarlar əlverişlidir. Eyni zamanda, daha artıq spekulyasiya imkanı yaranır və yüksək hədəflər müəyyən edilir”.
Mənbə: kripto.az