2017-ci ildə Silikon vadisindəki məşhur CEO-ların dilindən çıxmış 7 maraqlı fikir | Banco.az

2017-ci ildə Silikon vadisindəki məşhur CEO-ların dilindən çıxmış 7 maraqlı fikir

2017-ci ilin bitməsinə az günlər qalıb, banco.az komandası olaraq yola saldığımız ildə Silikon vadisindəki milyarderlərin söylədikləri yeddi maraqlı fikri sizlər üçün topladıq.

1)  Stiv Jobs (APPLE)

Ağıllı insanları işə alın, icazə verin sizə nə etmək lazımdır söyləsinlər.

Jobsun bununla bağlı məşhur bir deyimi də var: “Ağıllı insanları işə alıb onlara nə etmək lazım olduqlarını öyrətməyin heç bir faydası yoxdur.  Biz ağıllı insanları işə alırıq ki, bizə nələr etmək lazım olduğu barədə məlumat versinlər”

2) Cek Ma (ALİBABA)

Texnologiya dünyasında hörmətli olmaq istəyirsinizsə, Love Qutientə (LQ-yə) ehtiyacınız var.

Dövrün ən mübahisəli məsələlərindən biri iş həyatında  emosional zəkanın (EQ) yoxsa  adi intellektin (İQ) əsas rol oynaması idi. Lakin Alibabanın qurucusu  Cek Ma-ya görə bunlardan əlavə iş dünyasında LQ də böyük rol oyanyır.  LQ, yəni ingiliscədən Love Qutient olan bu anlayış suni intellektdə olmayan xususiyyətləri özündə birləşdirir.  Yəni Cek Ma fikirləşir ki,  ən böyük problemlər suni intellkdə olmayan sevgi,  anlayış, mərhəmət hissi ilə həll oluna bilər və hazırda ən çox istifadə edilən yeni liderlik bacarığı bu olacaq.

3) Jeff Weiner (LINKEDLN)

Ümumiyyətlə önəm vermədiyimiz bu üç şeyin dəyərini bilin: sağlam həyat, məhəbbət və zaman.

Bu fikr əslində Linkedln-ın CEO-su olan Jeff Weiner tərəfindən twitter sosial şəbəkəsində post kimi qeyd edilib.  Birazda məsələni araşdırsaq görəcəyik ki,  Weinerin saydığı bu üç şey həyatını olduqca dəyişdirmişdir. 

4) Bill Geyts, Riçard Branson və Uorren Baffett

(MİCROSOFT, VİRGİN, BERKSHIRE HATHAWAY)

Uğurlu bir insan olmaq üçün ünsiyyət qabiliyyətinizi inkişaf etdirməyə ehtiyacınız olacaq.

Ən sərfəli kredit üçün müraciət et

Uğurlu bir karyeranız olması üçün ünsiyyət bacarıqlarınız inkişaf etməlidir. Yəqin qəbul edərsiniz ki, hər bir sahədə satış mövcuddur, yaxşı satıcı olmaq üçün isə ünsiyyət bacarıqlarınızdan istifadə edəcəksiniz.  Dünyanın üç milyarderinin eyni fikirdə olması əslində təsadüf deyil, çünki alimlərə görə maliyyə uğurunun 85%-i yaxşı danışmaq və dinləməkdən keçir.

5) Riçard Branson (VIRGIN)

Cəsur ol və uğura daha da yaxınlaş.

Virgin qrupun yaradıcısı olan Riçard Branson risk etmədən uğurlu bir karyera qurmağın mümkün olmadığına inananlardandır.  Branson potensial müştərilərdən öncə  şirkətin əməkdaşlarına həmişə dəyər verməyin tərəfindədir .

6) Tim Kuk  (APPLE)

Sevdiyiniz bir işi görün və ona bütün qəlbinizlə inanın, sonra isə sadəcə işinizdən həzz almağa çalışın.

Məşhur Apple CEO-su Tim Kuk gənclərə məsləhət verərkən, “çox çalışmaq və fədakarlıq etmək” deyiminin tam əksini  söylədiyini deyir.  Eyni zamanda  onun fikrinə görə istədiyimiz bir işi görərkən,  insanlara xidmət etməyi də yaddan çıxartmamalıyıq,  çünki sevgi ilə insanlara xidmət bir yerdə deyilsə o işdən həzz ala bilməyəcəyik.

7) Chip Bergh  (Levi Strauss & Co)

Şəffaflıq, irəlilədikcə siyasi xarakter alan iş mədəniyyətində ən böyük idarəetmə qabiliyyətlərindən biri hesab olunur.

1853-cü ildə Amerikanın San Fransisko şəhərində yaradılmış  Levi Strauss & Co geyim firmasının CEO-su olan Chip Bergh  dünyanın getdikcə qəribə xarakter aldığını və insanların bir-birinin arxasınca danışdıqlarını vurğulayır. Ona görə də şəffaflığı ən böyük idarəetmə stillərindən biri olduğunu söyləyən Bergh öz idarəetmə sistemində bunu layiqincə yerinə yetirdiyinə inanır. 

Xəzər Aslanov

Bunlar da maraqlıdır:

Həyatları Hollywood filminə süjet olacaq 11 iş adamı

Kimdir bu maliyyəçilər?