Texnologiya inkişaf etdikcə, sahibkarların da sayı gündən-günə artır. Təbii ki, yeni dövr innovasiya dövrü adlandığından hazırlanmış layihələrin çoxu bu istiqamətdədir. Bu məqalədə sizə Steve Jobs, Mark Zukerberg kimi dünyaya səs salmış 7 innovatordan danışacayıq.
1) Nick Woodman – GoPro
Nick Woodman 27 yaşındaykən iki dəfə uğursuzluq yaşayan investorların milyonlarca pulunun boşa getməsinə səbəb olub. Bütün bu hadisələrdən sonra səyahətə çıxır və burada GoPronu yaratmağa müvəffəq olur.
İllər keçdikcə ümumi sərvəti 2.4 milyarda çatır , şirkəti böyüyür, hətta Amerikada televiziya sahəsinə verilən mükafat olan “Emmi mükafatını” əldə edir. 2014-də Amerikanın ən çox qazanan CEO-su olur. Lakin 2016-cı ildə gəlirləri 47% azaldığından ilin ən pis CEO-su seçilir. Hətta ona “dəli milyarder” adı da verilir.
2) Jan Koum & Brian Acton – WhatsApp
Jan Koum Kievdən kənarda olan bir əyalətdə, suyu belə axmayan bir evdə dünyaya göz açıb. 16 yaşı olanda anası və nənəsi ilə birlikə Kaliforniyaya köçürlər. Lakin buradada maddi vəziyyətləri o qədər yaxşı olmur.
Brian Acton isə Yahooda milyonlar qazanırdı lakin 2000-ci illərdə dot-comun səhmlərinin bazarda dəyər itirməsindən sonra elə qazandığı milyonlarını da itirir.
İkisi də Facebooka müraciət edir, lakin rədd cavabı alır. Yaratdıqları whatsapp platformasına Facebook altı il sonra 19 milyard dollar təklif edir.
3) Sara Blakely – Spandex
Köhnə Disney World əməkdaşı olan Barkley, uğursuz bir vəkil, sonra da satıcı olaraq həyatını davam etdirirdi.Bu vəziyyət axtardığı alt paltarı tapmayıb, Atlantada yerləşən evində bu məhsulları inkişaf etdirənə qədər davam edir. 41 yaşında öz istedadı ilə uğur əldə etmiş bu milyarder, dünyanın ən gənc qadın sahibkarıdır.
4) Ben Cohen &Jerry Greenfield - Ben&Jerry’s Dondurmaları
Dostluqları yeddi yaşından başlayan bu iki şəxs, 1981-ci ildə şərikli ilk dondurma mağazasını açırlar. Qazandıqları 12 000 $ gəlirdən sonra böyük uğurlara imza ataraq, 2001-ci ildə öz dondurmalarını Unileverə 326 milyon dollar satırlar
5) George Powell & Stacy Peralta – Powell Peralta
80-ci illərdə Powell və Peralta skeytbordla bacarıqların göstərmək üçün Bones Brigade adlı bir komanda yaradırlar.Onların istədiyi skeytbordda hamının edə biləcəyi hərəkətlər deyildi, daha çətinləri idi .Ona görə də qurulan komandanın reklam ehtiyacını qarşılaya biləcək səviyyədə olmaması bu iki dostunskeytbordda daha bacarıqlı olan gənclərin axtarışına çıxmağa sövq edir.Tapdıqları gənclərin etdikləri çətin hərəkətlər nəticəsində Powell və Peralta həmin gənclərin şəklini çəkərək onları tanıtmağa başlayır.
Bəs bu bacarıqlı skeytbordçular kim idi? Skeytbord ustaları olan, Steve Caballero, Tony Hawk, Tommy Guerrero və Lance MountainPowell və Peralta sayəsində tanınmışdılar
6) Richard Branson – Virgin
Aviaşirkət və radiostansiya sahibi, eyni zamanda xeyriyyəçi olan Riçard Branson əlbətdə heç vaxt bu günki qədər şanslı olmayıb. Riçard Branson orta məktəbi tam bitirməyib. Kim deyə bilərdi ki, ali təhsilini yarımçıq qoymuş bir şəxs sonradantanınmış bir sahibkar olacaqdı.
7) Mel ve Patricia Ziegler – Banana Republic
Heç kim təxmin edə bilməzdi ki, indi məşhur bir marka olan Banana Republic, əvvəl heç bir satış təcrübəsi olmayan bir ər-arvad tərəfindən qurulub. 1.500 dollar vəsait ilə başladılan bu marka 1983-cü ildə GAP markasına satılır.
Xəzər Aslanov, Banco.az
Mənbə: sosyalmedya.co