Zərərli vərdişlərdən uzaqlaşıb milyonçu olan iş adamı | Banco.az

Zərərli vərdişlərdən uzaqlaşıb milyonçu olan iş adamı

Khalil Rafat adlı iş adamı bir vaxtlar narkotik istifadəçisi olduğu halda sonradan milyonçu olması bir çoxlarına nümunə ola bilər. Rafat doqquz dəfə ölümdən döndüyü həyatını milyon dollarlıq meyvə suyu markasına liderlik edərək davam etdirir.

Amerikada Ohio ştatında doğulan Rafat aktyor olmaq xəyalı ilə getdiyi Los Angelesdə arzusuna çata bilməyib və avtomobil yuma işinə başlayıb. Bir müddət bu işlə məşğul olduqdan sonra narkotiklə tanış olan Rafat, 2003-ci ildə polis tərəfindən tutulan zaman üzərində 50 kq kokain tapılıb. Daha sonrasında bir neçə dəfə həbsə atılan Rafat, sonda reabilitasiya mərkəzinə yazılıb və zərərli vərdişlərdən xilas olmağı bacarıb.

Ən sərfəli kredit üçün müraciət et

Qarşısına sağlam yaşamaq məqsədi qoyan Rafat ətrafında narkotik asılılığı olan insanları xilas etmək üçün Riviera Recovery adlı reabilitasiya mərkəzini qurub. Beləcə istədiyi meyvə sularını hazırlayıb müştərilərə 10 min dollar qarşılığında yeni bir həyat təqdim edir.

Meyvə sularında bir çox fərqli və bənzərsiz vasitələrdən istifadə edən Rafat 2011-ci ildə Sunlife Organics adlı dükan açaraq meyvə sularının satışını həyata keçirməyə başlayıb. Hazırda Rafatın 200-ə yaxın işçisi var.

Milyoner olan köhnə narkotik istifadəçisi iş adamı, müvəffəqiyyət üçün ən böyük motivasiyanın qorxu ya da pul deyil təmizlənmə arzusu olduğunu söyləyir.

©bizplus