Kriptovalyuta bazarında sürətlə dəyər qazanan IOTA ilə bağlı mühüm qərar verilib.
Almaniyanın ən böyük markası “Bosch” IOTA ilə ortaq olacağını rəsmən açıqlayıb.
Ortaqlıq nəticəsində yaradılacaq IOTA Fondunun tərkibində "Accenture Labs", "Deutsche Telekom", "Fujitsu", "Orange", "Samsung Artik" və TINE kimi 30-a yaxın texnologiya nəhəngi var.
Qeyd edək ki, şirkət ciddi miqdarda IOTA satın alacaq. Bazar dəyərinə görə, dünyanın ən bahalı 7 kriptovalyutasından biri olan IOTA-nın dəyəri hazırda 5 dollar təşkil edir. Kriptovalyuta bir gündə 20.48% bahalaşıb.
Mənbə: Oxu.az