Banco.az portalı Bitcoinlə bağlı 11 diqqətəlayiq məqamı sizə təqdim edir.
1. Tezliklə Bitcoinin 10 yaşı tamam olacaq
Bitkoinin (bitcoin) yaranması ideyası Satosi Nakamotu ləqəbli şəxsə (bəlkə də bu bir insna qrupudur) məxsusdur. İlk dəfə 2008-ci ildə dərc olunub. Bitcoinin ad günü 3 yanvar, 2008-ci il hesab olunur. Həmin zaman 50 “sikkə” yaradılmışdı. Sato 2010-cu ildə proyekti tərk edir və yoxa çıxır.
2. Layihənin yaradıcıları hələ də naməlumdur.
Jurnalistlər Satosi Nakamoto şəxsiyyətinin aarxasında kimin dayandığını axtarır. 2014-cü ildə Newsweek jurnalı belə ehtimal irəli sürdü ki, bu şəxs Kaliforniya sakini Dorian Satosu Nakamotodur, amma o, bunu təkidlə inkar etdi. 2015-ci ildə Avstraliyalı iş adamı.ş Kreyq Rayt bəyan edi ki, bitcoinin müəllifi odur, amma bunu sübut edə bilmədi. 2017-ci ildə SpaceX-in keçmiş əməkdaşı belə bir versiya irəli sürdü ki, kriptpvalyutanı Elon Musk yaradıb. Amma dahi şəxsiyyətdə boyun qaçırtdı. Amma valyutanın yaradıcısı kim olsa da, çox böyük ehtimalla indi çox zəngindir (ammə belə olmaya da bilər.)
3. Bitcoinlə alınan ilk məhsul – Pizza olub
Bitcoin vasitəsi ilə tranzaksiya 22 may, 2010-cu ildə baş tutub. O zaman, proqramçı Laslo Xanyets 10 000 bitcoinə bir pizza alıb. 7 dekabr 2017-ci ildə həmin məbləğ 160 milyon dollar civarındadır.
4. Bitcoin müqabilində məhsul və xidmət almaq mümkündür.
İndi siz bitcoinlə mənzil,ada, aviabilet, pizza və çolxu digər şeylər ala bilərsiniz.
5. ABŞ hökuməti öz bitcoinlərini çox sərfəsiz satıb
2013-cü ildə ABŞ hökuməti müəyyən müddətə ən böyük bitcoin sahiblərində birinə çevrilmişdi. FTB insanların narkotik və digər qadağan olunmuş maddələr və xidmətlər ala biləcəyi Silk Road saytına çıxış əldə etdi.Sayt 144 000 bitcoinə sahib idi. Bu məbləğin böyük bir hissəsi fərdi investorlara satıldı.
6. Bitcoin qəfil çökə bilər
Kripto valyuta nəinki sürətlə yüksəlir, o eyni zamanda bir neçə saata ciddi şəkildə dəyərsizləşə bilər. Məsələn, 2013-cü ildə kurs 1112 dollarda 727 dollara, 2017-ci ilin noyabrında isə 7442 dollarda 5637 dollara enib.
7. Milyarderlər bitcoinə qarşıdır.
Ən böyük .şəxsi investor Uorren Baffetin sözlərinə əsasən, bitcoindən uzaq durmaq məsləhətdir. JPMorgan Chase-in icraçı direktorunun sözlərinə əsasən biznes havadan olan valyuta üzərində qurulmur: “bunun axırı yaxşı olmayacaq” – o deyir. İş adamı Mark Kuban da hesab edir ki, bitcoinin qiyməti şişirdilib. Amma buna baxmayaraq, p pullarının bir hissəsini bitcoinə dəstək duran fonda investisiya edib.
8. Hətta yeniyetmələr də bitcoin alır
Əkiz biznesmenlər Kemeron və Teylor Uinklvoss (Mark Zukerberqlə məhkəmə işinə görə məşhurdurllar) 2013-cü ildə mövcud olan bitcoinlərin 1%-ni ( bir faizini) 11 mln dollara almışdı. Bitcoinin kursu 11 000 dolları üstələyəndə, xanımlar bitcoinlərlə milyarderə çevrilmiş ilk insanlar oldu. Həmçinin 14 aşımda 1000 dollarlıq bitcoin almış Erik Finamanın hekaəsi də məşhurdur. İndi o, milyonçudur.
9. Məşhurlar da bitcoinə yatırım edir
Qvinet Peltrou, Eşton Katçer və Floyd Meyvozein bitcoinə yatırım etdiyi bəllidir.
10. İri maliyyə strukturları bitcoini dəstəkləyir.
2017-ci ild 10 dekabr tarixində bitcoinlə fyuçers (gələcək əqdlər) əməliyyatlarının keçirilməsi mümkün olub. Ticarət platforması qismində Çikaqonun CME Group birjası çıxış edib. Ola bilsin ki, digər birjalar d bu yolu tutusunlar.
11. Hard fork nədir?
Hard fork — hesablanma üsulundakı dəyişiklik səbəbindən kriptovalyutanın iki hissəyə bölünməsidir. 1 avqust 2017-ci ildə bitcoində hard fork baş verdi. Nəticədə daha bir valyuta – bitcaoin cash əmələ gəldi.Hard fork əməliyyatın sürətini tezləşdirir (əməliyyatlar adətən bir neçə saat davam edir).
Bundan əlavə soft fork da vardır – bu kriptovalyutanın hesablanma qaydasında cüzi (əhəmiyyətsiz) dəyişiklik deməkdir. Adətən onlar texniki xarakder daşıyır və koin sahiblərinə təsir göstərmir.
Entrepreneur.com əsasında yazılıb.