"Goldman Sachs" neftin qiyməti üzrə proqnozlarını artırıb | Banco.az

"Goldman Sachs" neftin qiyməti üzrə proqnozlarını artırıb

OPEC+ müqaviləsinin 2018-ci ilin sonuna qədər uzadılması qərarı qlobal neft ehtiyatlarının azalmasına və neft qiymətlərinin yüksəlməsinə gətirib çıxaracaq. 

"Bloomberg" agentliyinə istinadən verilən xəbərə görə, bunu ABŞ-ın "Goldman Sachs" bankının analitikləri bildiriblər.

Bank 2018-ci il üçün "Brent" markalı neftin qiyməti üzrə proqnozunu 58 dollar/bareldən 62 dollar/barelə, WTI markalı neft üzrə isə 55 dollar/bareldən 57,5 dollar/barelə yüksəldib.

Ən sərfəli kredit üçün müraciət et

"Goldman Sachs" eyni zamanda 2019-cu il üçün "Brent" üzrə proqnozunu 58 dollar/bareldən 59,5 dollar/barelə, 2020-ci il üçün isə 53 dollar/bareldən 54,5 dollar/barelə artırıb.

Mənbə: Report.az

Ən sərfəli krediti almaq üçün müraciət et