Yay aylarında Beynəlxalq Bankın jurnalistlər üçün təşkil etdiyi bir master –klassda iştirak etmişdim və cənab Kobaladze istər jurnalistika, istər də personal branding baxımından networking-in – şəbəkələşmənin əhəmiyyətindən danışmışdı.
Elə o vaxtdan, bütün kompleksləri qırıb daha çox tədbirlərə qatılmağı və insanlara əlaqə qurmağı özüm üçün mütəmadi hədəflərimdən birinə çevirmişəm. Bu istiqamətdə atdığım ən uğurlu addımlardan biri “Majlis Business Network”-un təşkil etdiyi Biznes Netvörkinq Gecəsində iştirak oldu. Qatılmağımın əsas səbəblərindən biri, Rəşad Bayramovla yenidən bir araya gəlmək və natiqliklə bağlı çıxışını bir daha izləmək idi.
Amma tədbir netvörkinqin- əyləncəli şəkildə, praktiki yollarla necə qurulmasına dair çox gözəl bir örnək oldu. İndiyə qədərki tədbirlərdə netvörkinqin əhəmiyyəti haqqında əgər nəzəri danışılırdısa, dünəki tədbirdə (23 Noyabr, 2017) biz müəyyən zaman çərçivələri daxilində fərqli qruplarda, çox fərqli sektorun insanları ilə ünsiyyət qurduq.
Tədbiri digərlərindən üstün edən 5 cəhət
- Gerçək şəbəkələşmə
Yəni digər tədbirlərdən, forumlardan və təlimlərdən fərqli olaraq, hər kəs gəlib yalnız öz tanıdğı insanların çevrəsində əyləşmir. Ya da utancaq insanlar, onlara nə zaman söz veriləcəyini gözləmir. Müxtəlif əyləncəli oyunlar vasitəsi ilə daha çox insanın bir-biri ilə ünsiyyətə daxil olması təmin olunur.
- Öyrənmək imkanı
Rəşad Bayramovun praktiki misallara əsaslanan çıxışının, hər bir dinləyiciyə gələcək nitqini qurmaq üçün müəyyən ipucular verdiyinə əminəm. Əlbəttə ki, yarım saatlıq çıxışı dinləməklə siz birdən birə fəvqəladi natiqə çevrilməyəcəksiniz. Amma, danışılan 4-5 vasitədən birini tətbiq etməyi hər çıxışınızda hədəfləsəniz, daha təsirli nitqə nail olacaqsınız.
Hər dəfə fərqli insanları dəvət edib, nəsə öyrənməkdə fayda var
- Yeni simalar və fərqli kontingent
Çoxları deyir ki, bütün tədbirlərə eyni insanlar qatılır, hər yerdə eyni üzlərdir, amma fərqli kontingentdən olan insanaların bir araya gəlməsi daha yaxşı olardı. Buna dünən təşkilatçılar nail ola bilmişdi: təhsil, inşaat, biznes araşdırma, təhlüksəzlik sistemləri, sığorta, taksi servisi, pərkandə satış, otel, reklam, avtomobil – və mənim də ünsiyyətdə ola bilmədiyim çoxlu digər sektorların da nümayəndələri tədbirdə iştirak edirdi.
- Təşkilatçılıq
Təşkilatlıçılıq yüksək səviyyə idi. Furşet, təlimin məkanı, oyunların təşkili, zamanlama – hər şey yerində idi. İlk dəfə olaraq, insanların belə aktiv vizit kart mübadiləsi etdiyinin şahidi olurdum. Sən demə sonunda hədiyyə varmış - ən fəal tədbir iştrakçısına.
Nəyi inkişaf etdirmək olar?
Tədbirdə xanımların sayı az idi, 60- 70 nəfər bəy olardısa, 5 nəfər xanım. Gələcək tədbirlər üçün xanımları motivasiya edəcək nələrsə düşünmək olar.
İşlərinizdə uğurlar.