Müğənni Beyons – musiqi Olimpinin kraliçasıdır, xüsusən də əgər söhbət qazancdan gedirsə. 2017-ci ildə müğənni 105 mln dollar qazanıb. Amma havadan pul etməyi bacaran təkcə o deyil. Bir çox qadınlar Teylor Sviftdən, Barbra Steyzanda qədər 2 rəqəmli və yanında 6 sıfır olan məbləğlərdə qanorar qazanmağı bacarırlar.
2017-ci ilin fevral ayında, Britaniyalı müğənni Adel ABŞ-ın nüfuzlu mükafatlarından olan “Qremmi”də 5 nominasiya üzrə qalib oldu.Onlardan birini –“ ən yaxşı albom” mükafatını müğənni qəbul etməkdən imtian edir və bildirir ki, onun fikrincə ən yaxşı albom kimi amerikalı müğənni Beyonsa məxsus olan Lemonade seçilməli idi.
Müəyyən zaman keçdikdən sonra aydın olur ki, Beyons daha dəyərli hədiyyə qazanır – o 105 mln dollar gəlir əldə edir ( vergiləri çıxmadan) və Forbesin versiyasına əsasən ən çox qazanan xanım müğənni olur.
Gəlirin böyük hissəsi Lemonade albomunun satışından və Formation World Tour turu çərçivəsində qastrol səfərlərindən formalaşır.
Reytinqin ikinci pilləsində Britaniyalı müğənni Adel qərar tutur, onun gəlirləri 69 mln dollar təşkil edir. Onun arxasınca cəmi 44 mln dollar qazanmış Teylor Svift gəlir ( 2016-ci ildə müğənni “1989” adlı uğurlu konsert turnesi sayəsində 170 mln dollar qazanmışdı. Qastrollardan cəmi gəlir isə, 250 mln dollar olmuşdu, onlardan 200 mln ABŞ-ın payına düşürdü)
2017-ci ildə Madonna və Ledi Qaqa reytinqin ilk onluğuna daxil ola bilməyib.
- Beyonce - $105milyon dollar
- Adele $69 milyon dollar
- Taylor Swift $44 milyon dollar
- Celine Dion $42 milyon dollar
- Jennifer Lopez $38 milyon dollar
- Dolly Parton $37 milyon dollar
- Rihanna $36 milyon dollar
- Britney Spears $34 milyon dollar
- Katy Parry $33 milyon dollar
- Barbra Streisand $30 milyon dollar