Kapital Bank
Risklərin İdarə Edilməsi Departamentinin Metodologiya Şöbəsində Menecer
Vakansiya haqqında məlumat:
Öhdəliklər
- Bankdaxili normativ-hüquqi sənədlərin (siyasət, qayda, prosedur və s.) hazırlanması və yenilənməsi;
- Digər struktur bölmələr tərəfindən hazırlanan normativ sənəd layihələrinə baxılması və rəy verilməsi;
- Biznes proseslərin təhlili, qiymətləndirilməsi və optimallaşdırma ilə bağlı təkliflərin verilməsi;
- Biznes proseslərin təhlili və tələblərin müəyyənləşdirilməsi;
- Bankda yaradılan yeni məhsul və xidmətlərə rəy verilməsi;
- Müxtəlif orqanlardan qanunvericiliklə bağlı daxil olmuş sənədlərə rəy verilməsi.
Tələblər
- İqtisadi və ya hüquqi sahə üzrə ali təhsil;
- Yüksək ünsiyyətqurma qabiliyyəti;
- Fikrin strukturlaşdırılması və düzgün mətnləşdirilməsi qabiliyyəti;
- Analitik təfəkkür və yüksək təhliletmə qabiliyyəti;
- Bank əməliyyatları və biznes prosesləri barədə biliklər;
- Bank əməliyyatları sahəsində 4 illik iş təcrübəsi.
CV-lərinizi, mövzu hissəsində “Metodologiya şöbəsində Menecer” qeyd etməklə [email protected] e-mail ünvanına göndərə bilərsiniz.