Səhər saat 9-dan axşam 6-ya qədər işləməyi unudun! | Banco.az

Səhər saat 9-dan axşam 6-ya qədər işləməyi unudun!

Təqribi səkkiz saatlıq iş saatının əksəriyyəti iş, o cümlədən yemək və xəbər oxumağla keçir.Psixoloqlar, bir dəfəyə bir neçə saatdan çox vəzifələrə diqqətimizi cəmləyə bilmədiyimizi deyirlər.Bundan xəbərdar olan şirkətlər məhsuldarlığını artırmaq üçün proqramlarını qaydaya salmağa başladılar.

Səkkiz saatlıq iş müddətində çalışanlar demək olar ki,  gündə 3 saatını işə ayırırlar. Digər müddətdə siqaret çəkmək, söhbət və sosial mediada vaxt keçirmək kimi fəaliyyətlərlə məşğul olurlar.Bəzi araşdırmalar, insanların bir dəfəyə təxminən 20 dəqiqə bir işə tam fikirlərini verə biləcəyini göstərir.Bir başqa araşdırma isə, insanların 10 saniyədən çox eyni işi görməyə özlərini məcbur etdiyini deyir.

Ən sərfəli kredit üçün müraciət et

Şirkətlər getdikcə iş günlərini azaltmaq yerinə həftəlik iş saatını azaltmağa qərar verməyə başladılar.Texnologiya təhsil şirkəti Treehouse'un CEO-su Ryan Carson, 2006-cı ildə işçilərinin həftəlik iş saatını 32 saat müəyyən etdikdən sonra, onların daha xoşbəxt və məhsuldar olduğunu gördü.Carson, liderlik fəlsəfəsində insanları həftədə 40 saatlıq işə məcbur etməyin insanlıqdan kənar hal olduğunu söylədi.

Son olaraq demək istəyirik ki, əhəmiyyətli olan iş saatları deyil, məhsuldar keçən iş saatlarıdır.

Tərcümə: Güllü Nağıyeva